�Tərtər işi�nə görə 15 il alan Orxan Babayevdən xəbər var
Bakı/23.08.19/Turan: "Tərtər işi" ilə bağlı prosedə saxlanaraq 15 il həbs cəzası alan Orxan Babayevlə bu gün, avqustun 23-də atası Nəriman Babayev görüşüb.
Bu barədə AzadlıqRadiosuna məlumat verən Nəriman Babayev bildirib ki, oğlu saxlandığı 1 saylı cəzaçəkmə müəssisəsində beş gün aclıq aksiyası keçirib:
"Orxanla bu gün, avqustun 23-də görüşdüm. O mənə bildirdi ki, aclıq aksiyasını bu işə həm istintaqda, həm də məhkəmədə düzgün baxılmadığına, barəsində çıxarılan hökmün düzgün olmadığına görə keçirir. Yalvarıb onu bu aksiyanı keçirməkdən vaz keçməyə nail oldum. Ancaq yenə de deyir ki, günahsızam".
Nəriman Babayevin bu açıqlamasına, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Baş Prokurorluq, müdafiə, daxili işlər nazirlikləri və Dövlət Təhlükəsizliyi Xidməti 2017-ci ilin mayında bu məsələyə aid birgə bəyanat yaymışdı.
Bəyanatda deyilirdi ki, xarici xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilmiş bir qrup hərbi qulluqçu, mülki şəxs həbs olunub.
Rəsmi bəyanata görə, adları açıqlanmayan həmin şəxslər maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə edərək, Ermənistana ötürüblər.
Açıqlamada Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlandığı vurğulanırdı. Amma həbs edilənlərin sayı açıqlanmırdı.
Elə bundan az sonra bəzi media orqanlarında dövlətə xəyanətdə ittiham edilən bir neçə hərbçinin istintaq zamanı işgəncələr nəticəsində öldüyü ilə bağlı iddiaların əks olunduğu məlumatlar yayılmışdı.
Az sonra həmin məlumatları yayan bəzi sayt rəhbərlərinin Baş Prokurorluğa çağırılaraq buna görə, xəbərdarlıq aldıqları bildirildi.
Rəsmi qurumlar bu işdə ölüm halları, hakim önünə çıxarılanlar və məhkəmə qərarları ilə bağlı məlumatlar yaymayıblar.
Valideynlərin bildirməsinə görə isə, istintaq zamanı həlak olan keçmiş hərbçilərdən 4-nün sonradan günahsızlığı üzə çıxıb.
Onların iddialarına görə, işgəncədə iştirak edənlərdən də məhkəmə qaydasında cəzalandırılanlar var. Üstəlik, məhkəmə zamanı ittiham üzrə günahlandırılan bir çox hərbi qulluqçunun da 5 ildən 15 ilə qədər həbs cəzaları aldığı bildirilir.
Həbs edilən və istintaq zamanı öldüyü bildirilən hərbi qulluqçuların yaxınları dəfələrlə aksiyalar keçiriblər.
Onlar bu məsələlərin təkrar araşdırılmasını tələb edirlər. Azərbaycanın rəsmi qurumları isə, hələlik, bu tələblərə reaksiya verməyiblər.
Rəsmilər, bir qayda olaraq, ictimaiyyətə açıqlamalarında ölkədə istintaq zamanı təqsirləndirilən şəxslərə işgəncə verilməsi ilə bağlı iddiaları təkzib edirlər.-0-
-
- Sual-cavab
- 23 Avqust 2019 17:43
-
- Söz istəyirəm
- 24 Avqust 2019 10:21
Cəmiyyət
-
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi Astara rayonunun Sım kəndində keçirdiyi növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olan kənd sakinləri Xətai Xalıqov və onun qohumu Afşin Salayevi saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
-
Son dövrlər Azərbaycan bir sıra Şərqi Avropa, Asiya və Afrika ölkələri ilə vizasız gediş-gəliş haqqında saziş imzalayıb. Məsələn, bu ayın əvvəli, mayın 4-də Mərakeş, Qambiya (Afrika), mayın 6-da isə Albaniya (Şərqi Avropa) ilə Azərbaycan arasında viza tələbi aradan qaldırılıb.
-
Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” tədbirinə qeydiyyat davam edir May ayının 15-i “GSMA M360 Eurasia 2024” konfransının açılışı baş tutacaq. Bakıda ikinci dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçiriləcək bu tədbir çərçivəsində 2 gün ərzində maraqlı məruzələrin və panel iclaslarının yer alması gözlənilir. Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.
-
Mayın 14-də Bakıda və Abşeronda dəyişkən hava şəraiti davam edəcək, güclü şimal-qərb küləyi əsəcək. Səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacaq.
Rəy yaz