Kustar üsulla spirtli içki hazırlayan 14 nəfər həbs edilib
Bakı/09.01.20/Turan: Azərbaycanda qanunsuz spirtli içki istehsal edən 14 nəfər həbs edilib.
Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, yanvarın 9-da Baş Prokuoroluqda keçirilən müşavirədə baş prokuror Zakir Qaralov əhalinin sağlamlığının qorunması ilə bağlı bildirib ki, son günlər saxta yolla hazırlanmış spirtli içkilərdən zəhərlənmə faktları ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə spirtli içkiləri kustar üsulla istehsal edən, həmin içkilərin ictimai iaşə və ticarət obyektlərində satışını təşkil edən şəxslər, eləcə də onları texniki spirt və xammalla təmin edən ümumilikdə 14 şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, son günlər kustar üsulla hazırlanmış spirtli içkilərdən zəhərlənərək bir neçə nəfər ölüb, daha bir neçə nəfər isə zərər çəkib.--0--
Cəmiyyət
-
Bu il noyabrın 11-də Bakıda keçiriləcək BMT iqlim konfransına (COP29) görə, parlament seçkilərinin irəli çəkilməsi ilə bağlı müzakirələr davam edir. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov son həftələr bir neçə dəfə deyib ki, payızda keçirilməsi gözlənən parlament seçkiləri beynəlxalq tədbir ilə bağlı daha əvvələ çəkilə bilər.
-
Birinci Qarabağ Müharibəsi əzabkeşi, şəxsiyyəti bu yaxınlarda müəyyən edilmiş Sabir İslam oğlu Mustafayev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilib.
-
Mayın 16-da Bakıda və Abşeronda hava dəyişkən olacaq, günün birinci yarısında yağış yağacaq, şimşək çaxacaq. Şimal-qərb küləyi əsəcək.
-
Bakcell Azərbaycanda mövcud olan istənilən sürətdən daha sürətli yeni məhsulunu - "F1 Star" fiber internet paketini təqdim edir. "Ölkənin ən sürətli mobil operatoru" şüarı ilə bütün ölkəyə bənzərsiz internet sürəti təmin edən Bakcell, bu dəfə yeniliyi evlərə gətirir. Özündə mesh Wi-Fi ruterləri birləşdirən məhsul, evin sahəsindən və mərtəbəsindən asılı olmayaraq hər küncündə eyni yüksək sürət performansını göstərəcək.
Rəy yaz