AXCP üzvü sərbəst buraxıldı(YENİLƏNİB)

Saat 15:00 radələrində mülki geyimli şəxslər tərəfindən saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Nicat Abdullazadə sərbəst buraxılıb. 

Bu barədə AzadlıqRadiosuna Abdullazadə özü bildirib. Onun sözlərinə görə, o tanımadığı polis idarəsində 3 saat saxlanılandan sonra sərbəst buraxılıb. "Məndən yanvarın 13-da inzibati qaydada həbs olunan partiya üzvü Zamin Salayevin müdafiəsinə keçiriləcək aksiyalar barədə soruşmuşdular. Mən isə bildirdim ki, mənim bununla bağlı heç bir məlumatım yoxdur. Sonra isə sərbəst buraxıldım". 

*   *   *

2020 Yanvar 28 (Çərşənbə axşamı) 20:52:14

AXCP fəalı mülki geyimli şəxslər tərəfindən saxlanılıb

Bakı/28.01.20/Turan: Yanvarın 28-də günorta saatlarında Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin üzvü  Nicat Abdullazadə Bakıda Nərimanov metro stansiyasının yaxınlığında 3 nəfər mülki geyimli şəxs tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb. Bu barədə  AXCP məlumat yayıb.  “Həmin mülki geyimli şəxslər Nicat Abdullazadəyə  zəng edərək “Azadlıq” qəzetinin baş redaktoru, siyasi mühacirətdə olan Qənimət Zayidovun çapdan yeni buraxılmış “Son dərviş” kitabını istəyiblər. Nicat Abdullazadə həmin kitabı onlara çatdıran zaman saxlayıblar”,- AXCP-dən Turan-a bildiriblər.

Nicat Abdullazadə  yanvarın 13-də də saxlanılmışdı. O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Əlzamin (Zamin) Salayevlə birgə saxlanılmışdı. 

Əlzamin Salayev 30 sutka inzibati həbsə məhkum edilib. Nicat Abdullazadə isə  50 manat cərimə edilərək sərbəst buraxılıb. -03B-

 

Rəy yaz

Cəmiyyət

Parlament seçkilərinin önə çəkilməsinin əsl səbəb və məqsədləri nə ola bilər? – Mirəli Hüseynov Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti