Müsavat Partiyası ilə əlaqədar səhifələrə haker hücumu olub
Bakı/31.01.20/Turan: Bu gün Müsavat Partiyası, Müsavat Partiyası gənclər təşkilatı və “Basta” nəşrinin Facebook səhifələrinə haker hücumu olub. Bu barədə Turan-a “Basta” saytının redaktoru və Müsavat Partiyasının mətbuat katibi Mustafa Hacıbəyli bildirib.
Onun sözlərinə görə, bütün nəşrlər və abunəçilərin bir hissəsi “Basta” səhifəsindən çıxarılıb.108 min abunəçidən 77 min qalıb.
Materiallar Müsavat Partiyasının, Müsavat Partiyası gənclər təşkilatının profillərindən də çıxarılıb.
M.Hacıbəyli hücumu seçkilərlə və həmin resurslarda kütləvi qanun pozuntularının geniş işıqlandırılması ilə əlaqələndirib.
Administratorlar səhifələrin bərpası üçün səy göstərirlər.-0
Cəmiyyət
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan Bakcell yeni brend kimliyini elan etdi. Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller 25 aprel 2024-cü il tarixində Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında bu xəbərləri jurnalistlərlə bölüşdü.
-
"Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb". Bu sözləri prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib.
-
Azərbaycanda məişət təyinatı olmayan kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
-
Dünən Bakıda qəza enişi etmiş “Air France" aviaşirkətinin təyyarəsinin sərnişinləri bu gün, aprelin 25-də səhər saatlarında başqa təyyarə ilə Parisə yola salınıb.
Rəy yaz