azertag.az

azertag.az

O, belə deyib: "Beləliklə, yeni hökumət əsas diqqəti artan əhalinin təşkil etdiyi böyük çağırışa yönəldəcək. Buna görə bizim iqtisadi artımımız əhalinin artımına uyğun olmalıdır. Müstəqillik illərində bizdə əhalinin sayı 7 milyondan 10 milyona qədər yüksəlib. Beləliklə, əhaliyə əlavə infrastruktur, əlavə ərzaq təminatı lazımdır. Hər il əhalimiz 100 min nəfər artır. Bu, o deməkdir ki, bizə illik ən az 100 min iş yeri lazımdır. Bu, asan deyil. Buna görə hökumət bu məsələ ilə məşğul olacaq".

Prezidentin sözlərindən belə çıxır ki, hökumət əhali artımını rifahın artması üçün ciddi maneə kimi görür. O hesab edir ki, dövlət gəlirlərinin artımını əhali artımı udur.

Bu, həqiqətən də belədir? Azərbaycan kimi zəif iqtisadiyyatlı, idxaldan asılı dövlət nöqteyi-nəzərdən belədir. Amma, məsələn, Almaniya iqtisadiyyatı kimi güclü və öz-özünə kifayət edən iqtisadiyyat nöqteyi-nəzərdən əhali artımı yaxşıdır, belə ki, çağırış kimi tələbat və cavab kimi istehsal, ÜDM və gəlirlər artır.

Müxtəlif müəlliflər qeyd edirlər ki, doğum sayının az olması əmək qabiliyyətli əhalinin payının azalmasına gətirib çıxarır, bu da insan kapitalı həcmini azaldır. Doğum sayının azalması və bununla da əmək qabiliyyətli əhalinin payının azalması, gənc, iqtisadi cəhətdən fəal və ən çox əmək qabiliyyətli əhalinin dünyanın daha zəngin ölkələrinə fəal mühacirəti ölkənin iqtisadi inkişafının ləngiməsinə və bunun nəticəsi olaraq əmək haqqı və həyat səviyyəsi artımının ləngiməsinə gətirib çıxarır.

Amma, vəziyyətə Azərbaycan hökumətinin kabinetlərindən kənar nəzər salsaq, görərik ki, əhalinin sayının ildə 100 min nəfər artması illik istehlakı təkcə 1 yaşına qədər uşaqlar üçün 90 milyon dollara qədər artırır. Bu rəqəm hökumətin uşaqlar üçün təsdiq etdiyi yaşayış minimumuna (160 manat) əsaslanır. Buraya qidalanma, gigiyena əşyaları, geyim, tibbi müayinə daxildir. Amma, praktiki olaraq, süd qarışıqlarından başlayaraq, pampersə qədər qida, gigiyena əşyaları və geyim idxal olunur. Hökumət vaxtında bunun qeydinə qalsaydı və çox şey yerli istehsal sayəsində təmin edilsəydi, bu, sənaye sektoruna və aqrar sektora illik on milyonlarla dollarlıq sifariş təmin edərdi. Və söhbət yalnız 1 yaşına qədər uşaqlardan gedir.

Prezident qeyd edib ki, müstəqillik dövründə, yəni 1992-ci ilin yanvarından etibarən əhalinin sayı 3 mln. nəfər artıb. Amma məsələ ondadır ki, 18 il ərzində təkcə əhalinin artımı sayəsində bu istehlak artımı illik orta hesabla 360,7 mln. manat və ya 18 ildə 6,50 mlrd. təşkil edib (əhalinin orta illik artımı 167 min x yaşayış minimumu 180 manat x 12 ay x 18 il = 6,5 mlrd. manat və ya aylıq adambaşına 100 dollardan götürsək, 3,6 mlrd. dollar).

Beləliklə, istehsal obyektləri bu müddət ərzində 3,6 mlrd. dollarlıq əlavə sifarişdən məhrum qalıblar. Onlar artan istehlak tələbatını təmin etmək iqtidarında olmayacaq qədər zəifdirlər. Ərzaq sahəsində 2017-ci ildə idxal məhsullar 50%-dən çox təşkil edib, idxal daimi artım təmayülünə malik olub və 2019-cu ildə onun payı 20% artıb. Sənaye mallarından danışmağa belə dəyməz - idxaldan 90%-ə yaxın asılılıq.

Prezident narahatlığının hökumətin fəaliyyəti ilə bağlı hissəsində haqlıdır. Hökumət əhalinin artmasını deyil, artan tələbatın təmin edilməsi üçün istehsal obyektləri yaratmağın yollarını düşünməlidir. Bu, həqiqətən ölkənin müstəqillik əldə etdiyi andan etibarən hökumətin cavab vermək iqtidarında olmadığı bir çağırışdır.

Yeri gəlmişkən, daxili istehsalın artımına istiqamətlənmiş inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr həm daxili doğum sayına təkan verilməsi, həm də mühacirlər hesabına əhalinin sayının artırılmasına can atır. Məsələn, inkişaf etməkdə olan Rusiya və inkişaf etmiş Kanada sadə hesaba əsaslanaraq bu istiqamətdə fəal təşviq siyasəti həyata keçirir: əhali artımı - istehlak artımı - istehsal artımı - gəlir artımı. Hətta 1,4 milyard əhalisi olan Çin belə istehlak artımı axtarışında doğuma təkan verilməsi üzrə tədbirlər haqqında müzakirələr başladıb. Bir sıra Çin alimləri 40 yaşına qədər ikidən az övladı olan hər bir böyük çinliyə vergi tətbiq etməyi təklif edirlər. Zarafatsız.

Rəy yaz

Analitika

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti