Azərbaycanlı sərhədçi Ermənistanın təxribatı nəticəsində həlak olub
Bakı/07.01.20/Turan: Yanvarın 7-də Azərbaycan-Ermənistan sərhəddində təmas xəttində Ermənistanın təxribatı nəticəsində azərbaycanlı sərhədçi həlak olub.
“Ermənistan Silahlı Qüvvələri Azərbaycan-Ermənistan təmas xəttində atəşkəs rejimini kobud şəkildə pozaraq növbəti dəfə təxribat törədib. Sərhədçi Füzuli Fərzəliyev çərşənbə axşamı saat 14:56-da Qazax rayonunun Quşçu Ayrım kəndində düşmən tərəfindən snayper atəşi nəticəsində həlak olub”, - yanvarın 7-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidməti bildirib.
Eyni zamanda qurum sərhədçinin Azərbaycan tərəfinin ön cəbhədə mühəndislik işləri aparmaq və öz mövqelərini irəli çəkmək cəhdləri ilə əlaqədar öldürülməsi barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsinin məlumatını təkzib edib.
“Bu ərazidə Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri heç bir mühəndislik işləri aparmayıblar. Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin bu bəyanatı yalandır və Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması faktına bəraət qazandırmaq cəhdidir, həmçinin ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır”, - Azərbaycan DSX bildirib.06В-
-
- Cəmiyyət
- 7 Yanvar 2020 18:13
Siyasət
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının yerli fəalı İmran Qurbanov Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda saxlanılıb. Bu barədə Turan-a Azərbaycan Xalq Cəbhəsi Partiyası Naxçıvan regional sədri Yaşar Bağırsoy bildirib.
-
Mayın 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri vəzifəsini icra edə Əli Bağeri Kani telefonla danışıblar.
-
Mayın 21-də Səbail Rayon Məhkəməsi "Kanal 13" İnternet televiziyasının rəhbəri Əziz Orucovun və bu media strukturunun əməkdaşı Şamo Eminovun ilkin həbs müddətini daha 1 ay uzadıb. Bu barədə Turan-a jurnalistlərin yaxınları bildiriblər.
-
Azərbaycanın dövlət başçısı İlham Əliyev vertolyot qəzası zamanı həlak olan İran prezidenti Seyid İbrahim Rəisi ilə son görüşünü "tarixi görüş" adlandırıb.
Rəy yaz