Azərbaycan koronavirusa qarşı tədbirləri gücləndirir
Bakı/28.01.20/Turan: Yanvarın 28-də Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı müşavirə keçirilib.
Müşavirə baş nazirin sədrliyi və bir neçə idarə rəhbərinin iştirakı ilə keçirilib. Koronovirusun ölkə ərazisinə daxil olmasının qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsi qərara alınıb:
- sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi;
- Çindən gələn bütün şəxslərin mütləq şəkildə tibbi müayinədən keçirilməsi və nəzarətə alınması;
- xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi;
- səhiyyə ocaqlarında “qaynar xət”lərin yaradılması;
- maarifləndirmə işlərinin aparılması və vəziyyətlə bağlı əhalinin müntəzəm məlumatlandırılması.
Müşavirədə qeyd olunub ki, epidemiyaya qarşı mübarizə üçün ölkədə
ölkədə kifayət qədər tibbi ləvazimat var. Hazırda ölkədə bu virusa yoluxma halları yoxdur. -02D-
Siyasət
-
TURANın Vaşinqtondakı müxbiri xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken bazar günü Azərbaycan prezidenti Əliyev və Ermənistanın baş naziri Paşinyanla ayrı-ayrılıqda danışıb, iki ölkə arasında uzunmüddətli və layiqli sülh sazişinə doğru irəliləyişi dəstəkləyib.
-
Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidməti məlumat verir ki, cari il aprel ayının 28-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu həlak olub.
-
Bu gün “Toplum” İnternet televiziyasının əməkdaşı Cavid Ramazanov Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.
-
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Yakov Milatoviç ilə görüşüb.
Rəy yaz