Çindən Azərbaycana heyvan mənşəli məhsulların gətirilməsinə məhdudiyyət qoyulub
Bakı/28.01.20/Turan: Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çindən Azərbaycana diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulması barədə qərar verib. Bu barədə AQTA məlumat yayıb.
Məlumatda deyilir ki, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Çindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.-0-
-
- Siyasət
- 28 Yanvar 2020 17:13
-
- Çətin sual
- 28 Yanvar 2020 17:56
Siyasət
-
Mayın 6-da ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi həyat yoldaşı ilə birlikdə Şuşa şəhərinə gəlib.
-
Mayın 6-da Bakı Apellyasiya Məhkəməsində Sabit Bəhramzadənin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb.
-
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal ailəsinə qarşı təzyiqlərin olduğunu bildirir.
-
İctimai fəal Famil Xəlilov həbs olunub.
ABŞ səfirinin dediklərindən hansı nəticələr çıxarmalı? – Seymur Həzi Çətin sualda
Xəbər lenti
-
- Siyasət,
- 13:04
- 306
Rəy yaz