ABŞ səfiri Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ilə görüşüb
Bakı / 29.01.20/Turan: ABŞ-ın Bakıdakı səfiri Li Litzenbergerin təşəbbüsü ilə Dağlıq Qarabağ regionunun azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüş keçirilib.
İcmanın yanvarın 29-da yaydığı məlumata görə, T. Gəncəliyev Azərbaycan icmasının əsas istək və tələblərini, əsasən öz torpaqlarına geri qayıtmaq, pozulmuş hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının bərpası ilə bağlı istəklərini səfirin diqqətinə çatdırıb.
Səfir Li Litzenberger Dağlıq Qarabağ regionunun azərbaycanlı icmasının fəaliyyətini yaxından izlədiyini bildirib.
Qeyd edək ki, görüş Cenevrədə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin rəsmi danışıqları ərəfəsində baş tutub.
Səfirin T.Gəncəliyevi qəbul etməsi göstərir ki, bu regionun adından yalnız Qarabağ ermənilərinin danışa bilməsi ilə bağlı erməni tərəfinin bəyanatına baxmayaraq, ABŞ Dağlıq Qarabağın azərbaycanlı icması amilini tanıyır.—06D-
-
- İqtisadiyyat
- 29 Yanvar 2020 16:20
-
- Siyasət
- 29 Yanvar 2020 17:17
Siyasət
-
Aprelin 30-da Xətai Rayon Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri Anar Məmmədlini 3 ay 28 gün müddətinə həbs edib. Bu barədə Turan-a onun vəkili Elmar Süleymanov bildirib.
-
Rusiya sülhməramlılarının Qarabağda mərhələli şəkildə çıxarılması prosesi davam edir. Gəncə şəhəri yaxınlığındakı Qoran dəmir yolu stansiyasına vaxtaşırı zirehli texnika, xüsusi texnika, yanacaq tankerlərindən ibarət avtomobil karvanları gəlir. Texnika şəxsi heyətlə birlikdə platformalara yükləndikdən sonra Rusiyaya yola düşür.
-
Çərşənbə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində həmkarlar ittifaqı fəalı Afiyəddin Məmmədov ifadə verib və öz həbsini həmkarlar ittifaqı çərçivəsində fəaliyyəti ilə əlaqələndirib.
-
Bu gün Bakının Səbail Rayon Məhkəməsində Turan Agentliyinin "iqtisadi xəbərlər" şöbəsinin redaktoru Hafiz Babalının ATV telekanalına qarşı iddiası üzrə proses başa çatıb.
Rəy yaz