Daha iki qurum Azərbaycanda parlament seçkilərində exit-poll keçirəcək

Bakı/29.01.20/Turan: Mərkəzi Seçki Komissiyası çərşənbə günü iclasda “Rəy”Mərkəzinin və Fransanın “Opinion Way” Sosioloji Araşdırmalar İnstitutunun fevralın 9-da exit-poll keçirmək barədə müraciətinə baxıb və təsdiqləyib.

Qeyd edək ki, “Rəy” Azərbaycanda əvvəlki seçkilərdə də exit-poll keçirib. İkinci təşkilata gəlincə, bu barədə heç nə məlum deyil.

Xatırladaq ki, yanvarın 27-də MSK AJF & Associates Inc. Və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının exit-poll keçirmək üçün müraciətlərini  təsdiqləyib.-02D-

 

Rəy yaz

Siyasət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti