Sədərək Ticarət Mərkəzində 60 magaza yanıb (Video - 2)

Bakı/18.02.20/Turan: Fevralın 18-də səhər saatlarında "Sədərək" Ticarət Mərkəzində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın saat 9.05-də söndürülüb.

Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və Aviasiya Dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub.

Dövlət Yanğından Mühafizə İdarəsinin qərargah rəisi Əkbər Novruzov bildirib ki, yanğın bir saatadək davam edib.

“23 texnika və 125 canlı qüvvə yanğının söndulməsinə cəlb olunub. Yanğın 900-1000 kvadrat metr ərazini əhatə edib. Yanğın tam söndürülüb. Soyutma işləri aparılır. Yanğının səbəbi məlum deyil. Hazırda araşdırma aparılır," o qeyd edib.

Yanğın ticarət mərkəzinin geyim mağazaları olan 8-ci sırasında baş verib. 60-dək mağaza yanıb. Mağaza sahibləri yanğına səbəb kimi elektrik naqillərində qısa qapanmanın olduğunu güman edirlər.

Yanğın zamanı 9 nəfərə hadisə yerində yardım göstərilib. Xəsarət alan bir nəfər isə təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. -03B-

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti