Rəsul Həsən sərbəst buraxılıb (YENİLƏNİB)

Bakı/18.02.20/Turan: Qrafik dizayner, rəssam Rəsul Həsən sərbəst buraxılıb. Bu barədə onun atası Elşən Həsənov məlumat verib. 

Həsənovun sözlərinə görə, oğlunu səhər saatlarında taksidən düşəndən sonra polis əməkdaşları saxlayıb. "Taksidən düşəndə yaxınlaşıb deyiblər ki, bizimlə getməlisən. İdarədə oğlumdan niyə müxalif fikirli olduğunu soruşublar, ailə tərkibi haqqında məlumat alıblar. Hazırladığı videonu sildiriblər. Üstəlik də ona xəbərdarlıq ediblər ki, bu barədə ictimaiyyətə xəbər versə barəsində daha ciddi tədbirlər görəcəklər. Bu, rəsmən insan oğurluğudur və bütün insan haqların pozulmasıdır". 

Həsənov əlavə etdi ki, sabah məsələ ilə bağlı Azərbaycandakı qərb ölkələrin səfirliklərinə müraciət etmək niyyətindədir. "Onlar da Azərbaycanda nə baş verdiyini bilsinlər. Bu, bizim ailəyə qarşı ilk təzyiq deyil. Bir neçə il əvvəl prezident seçkiləri zamanı mənim digər ailə üzvümlə bağlı daha dəhşətli hadisə baş vermişdi və mən imza toplamasını dayandırdım. Rəsulu da artıq bir dəfə polis idarəsinə dəvət etmişdilər, telefon nömrəsi mitinq olan ərazidə göründü deyə. Amma o dəfə dəvət etmişdilər, bu dəfə isə rəsmən küçədən oğurlayıblar". 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. 

***

Rəsul Həsən yoxa çıxıb

Bakı/18.02.20/Turan: Qrafik dizayner və rəssam Rəsul Həsənin yoxa çıxması bildirilir. 

Bu barədə Turana Həsənin atası Elşən Həsənov məlumat verir. Həsənovun sözlərinə görə, oğlu fevralın 18-də yoldaşı ilə bir yerdə işə getmək üçün taksi sifariş verib. "Saat 11 radələrində onlar evdən çıxıb, yoldaşı işə çatanda maşından düşüb, Rəsul isə işə getmək üçün yola davam edib. Bu andan etibarən ondan xəbər ala bilmirik. Telefonlarına zəng çatmır, amma sosial şəbəkələrdə xətdə görünür". 

Həsənov əlavə edib ki, olay ilə bağlı "102" qaynar xəttinə məlumat verib. 

Sosial şəbəkələrdə isə Həsənin yoxa çıxması səbəbi kimi fevralın 16-da Mərkəzi Seçki Komissiyasının önündə polislərin barikada qurduğu videonu yallı versiyasında hazırlayıb paylaşdığına görə saxlanılması iddia olunur. 

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Turana bildirib ki, Rəsul Həsənin saxlanılması ilə bağlı xəbəri yoxdur və o, BŞBPİ tərəfindən saxlanılmayıb. 

Daxili İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Turana Həsənin saxlanması barədə xəbəri olmadığını bildirib və məsələni araşdıracağını deyib. –21C-

*   *   *

2020 Fevral 18 (Çərşənbə axşamı) 19:38:44

Qrafik-dizayner Rəsul Həsənli oğurlanıb

Bakı/18.02.20/Turan: Qrafik-dizayner Rəsul Həsənli bu gün səhər evdən çıxarkən oğurlanıb. Bu barədə bloger Həbib Müntəzir məlumat verib.

Bir müddət əvvəl Həsənli fevralın 16-da MSK binasını mühasirəyə alan polis əməkdaşlarının yallı getdiyi videoçarxı montaj edərək sosial şəbəkələrdə yerləşdirib.

Həsənli yoxa çıxdıqdan qısa müddət sonra onun Facebook profilindən bu çarx silinib. Göründüyü qədər, bu videoçarx yuxarılarda kiminsə xoşuna gəlməyib, amma orada başa düşmürlər ki, İnternetə düşənlər "ölmür". -06D-

 

Rəy yaz

Cəmiyyət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti