“Exit-poll” nəticələrinə görə, Yeni Azərbaycan Partiyası yenidən parlamentdə təxminən 70 yer alır 

Bakı/09.02.20/Turan:  Hakim Yeni Azərbaycan Partiyası parlament seçkilərində 69 yer qazanaraq yenidən qalib gəlir. Yerli  Əmək Hüquqlarını Müdafiə Liqasının Amerikanın AJF & Associates İnc. təşkilatı ilə birlikdə keçirdiyi “exit-poll”un nəticələri bunu göstərir.

Müstəqil namizədlər 41 yer, Vahid Azərbaycan Partiyası 3 yer, Demokratik İslahatlar Partiyası 1 yer, Böyük Quruluş Partiyası  1 yer, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1 yer, Ana Vətən Partiyası 1 yer, Vətəndaş Həmrəyliyi Partiyası 3 yer qazanıb. 

“Exit-poll”un nəticələrinə görə, çox güman ki, yeganə müxalifətçi - Respublikaçı Alternativ Partiyasının nümayəndəsi Erkin Qədirli parlamentdə yer alacaq.

Demək olar ki, seçkilərdə iştirak edən əvvəlki çağırışın deputatları öz mandatlarını saxlayır. Onlar 95 nəfərdir. 

Rəqibi Mehman Hüseynova rüşvət təklif edərək namizədliyini geri götürməsini istəyən Fərəc Quliyev seçkiləri uduzub. 

Həmin dairədə təhsil sahəsində ekspert Etibar Əliyev qalib gəlir.  –06D-

 

 

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti