Böyük Britaniya Azərbaycandakı seçkilərdən məyus olub
Bakı/13.02.20/Turan: Birləşmiş Krallıq Azərbaycanda keçirilən parlament seçkilərinin beynəlxalq demokratik standartlara cavab verməməsindən narahatdır. Bu barədə Birləşmiş Krallığın Xarici siyasət ofisinin bəyanatında deyilir. Bəyanatda ATƏT DTİHB və Avropa Şurası Parlament Assambleyasının məlumatına istinad edilir.
"Bizi ATƏT-in seçki mühitinin həddindən artıq məhdudlaşdırılması və həqiqi rəqabətin təmin edilməməsi, səsvermə günündə səslərin sayılması zamanı qeydə alınan prosedur pozuntularının son nəticələrə şübhə yaratmağa əsas verməsi barədə yayılan məlumatlar narahat edir", deyə bəyanatda bildirilir.
Bununla belə, Mərkəzi Seçki Komissiyasının şəffaf fəaliyyət göstərməyə yönələn səylər qeyd edilir.
Böyük Britaniya Azərbaycanı sərbəst toplaşmaq və dinc etiraz hüququna hörmət etməyə çağırır.
"Böyük Britaniya ilə Azərbaycan arasında güclü tərəfdaşlıq var və biz seçki islahatları və demokratik prosesin yaxşılaşdırılması ilə bağlı Azərbaycan hakimiyyətinə dəstək verməyə hazırıq", deyə bəyanatda qeyd edilir. -16D06-
-
- İqtisadiyyat
- 13 Fevral 2020 13:23
Siyasət
-
Aprelin 18-də Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a işgüzar səfərə gedib.
-
Xeberman.com saytının rəhbəri, həbsdə olan Polad Aslanov öz hüquqlarının bərpa olunması tələbilə aclıq etmək niyyətindədir. O, ölkənin baş prokuroruna müvafiq müraciət ünvanlayıb. Bu barədə onun xanımı Gülmirə Aslanova bildirib.
-
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqtonda Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində aprelin 18-də ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb. Bu barədə COP-29-un X platformasında bildirilib.
-
“Meclis.info” saytının rəhbəri İmran Əliyev aprelin 18-də axşam saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Məlumatı İmran Əliyevin özü verib.
Rəy yaz