Deputatlığa namizədlərin MSK qarşısında növbəti aksiyası
Bakı/20.02.20/Turan: 9 fevral parlament seçkilərində deputatlığa namizədlər Rabiyə Məmmədova, Nurlanə Cəlil və Xalid Bağırov bu gün MSK binasının qarşısına gəliblər. Onlar MSK-dan namizəd olduqları dairələrdə saxtalaşdırma faktları haqqında şikayətlərinə cavab tələb edirlər.
Bir müddət əvvəl MSK namizədlərin şikayətlərini namizədlərin saxtalaşdırmaya yol verməsindən şikayət etdikləri Dairə Seçki Komissiyalarına göndərib.
Polis namizədlərin qarşısında mühafizə xətti təşkil edərək, onları binaya buraxmayıb.
MSK-nın iclası saat 16-da başlayıb, bu iclasda şikayətlərə baxılır. -02B-
Siyasət
-
Bu gün Ali Məhkəmədə Yunis Səfərovun və Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə və polis əməkdaşlarına sui-qəsd cəhdində ittiham olunan digər şəxslərin kassasiya şikayətlərinə baxılıb.
-
“Anatolian Phoenix - 2024” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri Türkiyənin Konya şəhərinə gediblər.
-
Moskvada Rusiya və Azərbaycan hökumətlərinin baş nazir müavinləri Aleksey Overçuk və Şahin Mustafayevin görüşü olub.
-
Bu gün ictimai fəal Əbülfəz Qurbanlı Bakı Şəhər Baş Polis İdarəsində üç saat dindirilib.
Rəy yaz