Məruzəçilər Azərbaycan hakimiyyətini dinc nümayişlərə icazə verməyə çağırır
Strasburq/20.02.20/Turan: Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanın monitorinqi üzrə həmməruzəçiləri Stefan Şennax (Avstriya) və Roger Gale (Birləşmiş Krallıq) Azərbaycanda son hadisələrdən ciddi narahatlıqlarını ifadə ediblər.
"Dinc nümayişçilərə qarşı polis zorakılığının artması bizi çox narahat edir" deyə məruzəçilər 9 fevral 2020-ci ildə keçirilmiş parlament seçkilərinin nəticələrinə etiraz edənlərin vəhşicəsinə dağıldığına dair məlumatlara istinad edərək söyləyib.
“Sərhədsiz reportyorların” nümayişləri sənədləşdirən jurnalistlərə qarşı maneə və fiziki zorakılıq olması barədə iddiaları xüsusilə narahatlıq doğurur. Bütün bu hallar araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb olunmalıdırlar "deyə məruzəçilər əlavə ediblər.
"Parlamentdənkənar müxalifətin liderləri İlqar Məmmədov (REAL), Arif Hacılı (Müsavat Partiyası) və cənab Ruslan İzzətlı (D18) ilə bağlı ən son məlumatlar, həmçinin Mehman Hüseynov da daxil omaqla 100-dən çox fəalın icazəsiz etiraz aksiyası ilə bağlı həbs olunmaları xüsusila narahatlıq doğurur. “Plüralizmin yatırılması tamamilə qəbuledilməzdir və dərhal dayandırılmalıdır" deyərək, məruzəçilər Azərbaycan hakimiyyətini demokratik prosesin bir hissəsi olan dinc nümayişlərə icazə verməyə çağırıblar.-0-
Siyasət
-
Gürcüstan prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi xarici agentlər haqqında qanun layihəsinə veto qoyub. O, bu barədə mayın 18-də iqamətgahında keçirdiyi brifinqdə məlumat verib.
-
Mayın 15-də istintaq təcridxanasında quru aclıq aksiyası elan edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elxan Əliyevin olan ailə üzvləri onuntaleyindən narahatdər. Mayın 16-dan bəri o ailsi əlaqə saxlamayıb və onun haqqında heç bir məlumat yoxdur.
-
İranın Energetika Nazirliyinin məlumatına görə, bazar günü İran və Azərbaycan prezidentlərinin iştirakı ilə "Qız Qalası" və "Xudafərin" bəndlərinin açılış mərasimi olacaq.
-
Azərbaycan prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonuna səfər edib.
Rəy yaz