Ekspert: “Məzahir Pənahovun pensiya vaxtı çatıb” (yenilənib)

Bakı/21.02.20/Turan: Məzahir Pənahov pensiya yaşına çatıb və görünür, artıq nə danışdığını özü də başa düşmür. Hüquq sahəsində ekspert Ələsgər Məmmədli Qubad İbadoğlunun qızının seçki məntəqəsində “digər qadın”ı telefona çəkərək insidentə özü səbəb olması barədə MSK sədri rəhbərinin bəyanatını belə şərh edib.

Ə.Məmmədli qeyd edib ki, seçki qanunvericiliyi seçki prosesinin şəffaf və açıq olmasına zəmanət verir.

“Bu, o deməkdir ki, seçki məntəqələrində baş verən hər şey çəkilə bilər və açıqlana bilər. Pənahovun özünün imzaladığı təlimata əsasən seçki məntəqələrində veb-kameralar quraşdırılıb ki, milyonlarla vətəndaş nələrin baş verdiyini onlayn rejimdə görə bilsin”, -Ə. Məmmədli vurğulayıb-0-

*   *   *

2020 Fevral 21 (Cümə) 13:34:06

MSK sədri seçki komissiyasının üzvünə qarşı zorakılığa haqq qazandırıb

Bakı/21.02.20/Turan:  MSK sədri Məzahir Pənahov məntəqə seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvü Jalə Bayramova qarşı zorakılığa haqq qazandırıb.

Fevralın 9-da Milli Məclisə seçkilərdə səsvermə günü Bayramova, 76 saylı Lənkəran-Astara seçki dairəsinin 16 saylı seçki məntəqəsinin məşvərətçi səs hüquqlu üzvü Jalə Bayramova seçici, müşahidəçi və ya komissiyanın üzvü olmayan bir qadın tərəfindən döyülüb.

Fevralın 20-də MSK-nın iclasında MSK sədri Məzahir Pənahov insidenti şərh edərkən deyib ki, bu, J.Bayramovanın “digər qadın”ın iradəsinə zidd olaraq çəkiliş aparmasına görə baş verib. “Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Onu çəkən xanımı qanunla cəzalanadıracaqlar. Buna görə də qarşı tərəf qabaqdan gəlmişlik edir, müxtəlif görüntülər yayır ki, guya xanımı döyüblər”, - M.Pənahov bildirib.

Lakin J.Bayramovanın atası, Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirib: “Əvvala, MSK sədri prokuror, məhkəmə deyil ki, kimisə cəzalandıracaqlar desin. İkincisi, ondan soruşan gərək ki, sənin digər xanım adlandırdığın Azadə Kərimovanın həmin məntədə nə işi var idi? O, seçici deyil, nə məntəqə üzvü, nə də müşahidəçi deyil, ümumiyyətlə, onun məntəqədə mövcudluğu faktı qanunsuzdur. Üçüncüsü, seçki məntəqəsi ictimai yerdir. Dəfələrlə bəyan edilib ki, seçki şəffaflıq və aşkarlıq şəraitində keçir, məntəqələrdə veb- kameralar quraşdırılıb.

Digər tərəfdən, J.Bayramovanın vəhşicəsinə döyülməsi faktı göz qabağındadır. “Odur ki, döyənə qarşı işi bağlayıb, döyülənə qarşı iş açmaq onu göstərir ki, bu, siyasi sifarişlidir. Odur ki, bu iş qanunla deyil, şəxsi göstərişlə icra olunur”. Hətta qanunla məntəqədə çəkiliş qadağan olunsa  belə, heç kəsin hüququ yoxdur ki, buna görə başqasını ölümünə döysün”.

Q.ibadoğlu  qızının döyülməsi ilə bağlı videonu deyilənlərə əlavə edib.—06D-

 

Rəy yaz

Siyasət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti