Apellyasiya Məhkəməsi namizəd Bəxtiyar Hacıyevin şikayətini təmin etməyib (Video)
Bakı/21.02.20/Turan: Fevralın 21-də Bakı Apellyasiya Məhkəməsi deputatlığa namizəd Bəxtiyar Hacıyevin 9 fevral parlament seçkiləri zamanı 29 saylı Səbail Seçki Dairəsində saxtakarlıqlar haqqında şikayətini təmin etməyib. Bununla da məhkəmə MSK-nın səsvermə yekunlarının etibarlı sayılması haqqında qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, bir müddət əvvəl MSK bu seçki dairəsinin 6 məntəqəsində səsvermənin nəticələrini ləğv edib, amma bu, yeku nəticəyə təsir etməyib və "Formula-1" yarışlarının mətbuat xidmətinin rəhbəri Nigar Arpadarai qalib elan edilib. -16D-
-
- Cəmiyyət
- 21 Fevral 2020 15:00
-
- İqtisadiyyat
- 21 Fevral 2020 16:02
Siyasət
-
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı çağırışlara görə həbs edilən Dağlıq Qarabağın keçmiş “dövlət naziri” Ruben Vardanyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında aclıq aksiyasını dayandırıb.
-
Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiyası çərçivəsində geodeziya ölçmələri əsasında artıq 20 sərhəd dirəyi quraşdırılıb.
-
Aprelin 24-də Xocalı rayonunun Malıbəyli kəndi ərazisində qazıntı işləri aparılarkən ən azı 6 nəfərə aid olduğu ehtimal edilən insan sümük fraqmentləri aşkar edilib. Bu barədə Azərbaycan Baş Prokurorluğu və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumatında deyilir.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənov aprelin 18-dən 1 saylı Bakı İstintaq Təcridxanasında quru aclıq edir.
Rəy yaz