Hüquq müdafiəçiləri güc qurumlarını müşahidəçilərə qarşı zorakılıq aktlarını araşdırmağa çağırıblar
Bakı/22.02.20/Turan: Hüquq müdafiə təşkilatlarının Monitorinq Qrupu Azərbaycan baş prokuroruna və DİN başçısına - Zakir Qaralova və Vilayət Eyvazova müraciət göndərərək, 9 fevral növbədənkənar parlament seçkiləri zamanı zorakılıq halları ilə bağlı narahatlıqlarını bildiriblər.
Xüsusilə qadınların - 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsinin 13 saylı məntəqəsində Könül Süleymanlının və 76 saylı Lənkəran-Astara Seçki Dairəsinin 16 saylı məntəqəsində Jalə Bayramovanın vəhşicəsinə döyülməsi faktları qeyd edilib. Hər iki faktı təsdiq edən videomateriallar sosial şəbəkələrdə yayılıb.
Hüquq müdafiəçiləri baş prokuroru və DİN başçısını hər iki zorakılıq halını nəzarətdə saxlayaraq hadisəni araşdırmağa, buna rəvac verən və bununla da seçkilərə xələl gətirərək xuliqanlıq edən şəxsləri ciddi cəzalandırmağa çağırırlar.
Müraciəti hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Arzu Abdullayeva imzalayıblar. -06В-
Siyasət
-
Hüquq Müdafiəçilərinin Müdafiəsi üzrə Beynəlxalq Observatoriya Azərbaycanda Anar Məmmədlini və digər siyasi məhbusları azad etməyə çağırıb.
-
Mayın 8-də Bakının Xətai Rayon Məhkəməsi seçkilər sahəsində məşhur hüquq müdafiəçisi Anar Məmmədlinin ev dustaqlığına keçirilməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a onun vəkili Elmar Süleymanov bildirib. Vəkil qeyd edib ki, müdafiə tərəfi A.Məmmədlinin həbsi üçün heç bir əsas yoxdur.
-
Mayın 8-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstan prezidenti Rumen Radevin danışıqları başa çatdıqdan sonra iki prezident "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə"ni imzalayıblar.
-
Çərşənbə axşamı amerikalıların yeni həbsləri haqqında məlumatlardan sonra Dövlət Departamenti ABŞ vətəndaşlarına israrla Rusiyaya getməməyi tövsiyə edib.
Ermənistandan gələn mesajlar sülh üçün ümid verirmi? – Elxan Şahinoğlu Çətin sualda
Xəbər lenti
-
- Böyük Şərq,
- 12:14
- 362
-
- Cəmiyyət,
- 12:05
- 291
Rəy yaz