Bakı meriyası mitinq keçirmək üçün yenə də Lökbatanı təklif edir
Bakı/26.02.20/Turan: Bakı meriyası bir sıra müxalifət partiyasının fevralın 29-da paytaxtın mərkəzində mitinq keçirməsinə icazə verməkdən imtina edib. Meriya mitinqi mərkəzdən 15 km. aralıda Lökbatan qəsəbəsində keçirməyə dəvət edib.
Xatırladaq ki, fevralın 24-də Müsavat, REAL partiyaları, eləcə də D18 Hərəkatı seçki saxtakarlığına etiraz olaraq mitinq keçirməyə təşəbbüs göstəriblər. Onlar şəhər meriyasından mitinqin paytaxtın mərkəzində səkkiz yerdən birində keçirilməsinə icazə verilməsini xahiş ediblər.
“Aldığımız cavabda deyilir ki, təklif etdiyimiz yerlərdən 7-i intensiv nəqliyyat və sıx məskunlaşma zonasıdır. Belə yerlərdə aksiya keçirmək təhlükəsizlik baxımından məqsədəuyğun deyil. “Məhsul” stadionuna gəldincə, orada təmir gedir, buna görə də Lökbatana gedin”, - Ruslan İzzətli Turan-a bildirib.
Onun sözlərinə görə, aksiyanın təşkilatçıları Lökbatanda mitinq ideyasından imtina ediblər və yaxın vaxtlarda məkan barədə qərar qəbul edəcəklər. -21B-
-
- Siyasət
- 26 Fevral 2020 16:15
-
- Böyük Şərq
- 26 Fevral 2020 17:50
Siyasət
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənov altı sutkadır 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq edir.
-
Aprelin 25-də Bakının Xətai Rayon Məhkəməsində “Toplum” TV-nin təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması barədə vəsatətə baxılacaq. Bu barədə Turan-a onun qardaşı Nəsimi Məmmədli bildirib.
-
Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün mifologiyadan əl çəkməli və qonşularına qarşı heç bir iddiasının olmadığını sübut etməlidir. Bu barədə prezident İlham Əliyev aprelin 23-də Bakıda keçirilən beynəlxalq konfransın iştirakçıları ilə görüşdə bildirib.
-
Aprelin 23-də Ermənistan hökumətinin mətbuat xidməti bildirib ki, Ermənistan-Azərbaycan sərhədində geodeziya ölçmələrindən və koordinatların dəqiqləşdirilməsindən sonra ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir.
Rəy yaz