Azercell azərbaycanlıları koronavirus pandemiyasına qarşı mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıb
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bütün dünyada muşahidə olunan gərgin şəraitdə Azərbaycan xalqına dəstək olmaqda davam edir! Azercell media kanalları vasitəsilə yayımladığı yeni video çarxda xalqımızı həmrəy olub möhkəm dayanmağa, əzizlərimizə və doğmalarımıza dəyər verməyə, evdə olmağa səsləyir. Şirkət hazırda abunəçiləri üçün kəsintisiz rabitənin və rəqəmsal xidmətlərin təqdim edilməsi istiqamətində çalışdığını bəyan edərək, bütün vətəndaşlarımızı bu sınaq günlərini #birlikdəgeridəqoymağaçağırır! #EvdəQalAzərbaycan #Azercell ®
-
- Söz istəyirəm
- 27 Mart 2020 23:46
-
- Cəmiyyət
- 28 Mart 2020 11:20
Cəmiyyət
-
Mayın 1-də ABŞ Maliyyə Nazirliyinin açıqladığı sanksiya siyahısında 60 şirkətin adları var və Rusiya ilə yanaşı Azərbaycan, Belçika, Çin, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Slovakiya və Türkiyə şirkətləri də sanksiyalar altına düşüb.
-
Azercell-in həssas qadın qrupları üçün təşkil etdiyi təlimlər davam edir Azercell və “Ümidli Gələcək” İB-in “Gələcəyi öz əllərinlə yarat” layihəsi çərçivəsində növbəti təlim baş tutub. “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında keçirilmiş təlimə yetkin qadınlarla yanaşı həm də yeniyetmə və gənc qızlar qatılıb. Təlimdə Azercell Akademiyasının mütəxəssisləri iştirakçılara “yumşaq bacarıqlar” - daxili motivasiya, ünsiyyət, empatiya, emosional zəka barədə məlumat veriblər. Qadın sığınacağının sakinləri isə öz növbələrində hədəfləri, karyera və təhsil planları barədə mütəxəssislərdən tövsiyələr alıblar.
-
Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin birgə məlumatında deyilir.
-
Mayın 2-də Bakıda və Abşeronda yağıntı gözlənilmir, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə müsbət 13+16, gündüz müsbət 19+23 dərəcə olacaq.
Rəy yaz