Apellyasiya Məhkəməsi REAL fəalını azad edib

Bakı/28.03.20/Turan: Martın 27-də Gəncə Apellyasiya Məhkəməsi 10 gün əvvəl həbs edilmiş REAL fəalı Ərəstun Baxşəliyevi sərbəst buraxıb.

Vəkil Cavad Cavadov bildirib ki, Apellyasiya Məhkəməsi Bərdə Rayon Məhkəməsinin Ə.Baxşəliyevin “polisə tabe olmamaq” ittihamı ilə həbs olunması barədə qərarını ləğv edib.

Apellyasiya instansiyası hökmü üçsutkalıq həbs ilə əvəzləyib və bu müddətin bitdiyini nəzərə alaraq müxalifətçini azad edib.

Bundan öncə REAL Partiyası Ə.Baxşəliyevin həbsini sosial şəbəkələrdə fəallığına görə cəza kimi qiymətləndirmişdi.

Ə.Baxşəliyev REAL Partiyası Yasamal rayon təşkilatının rəhbəridir. 9 fevral parlament seçkilərində 93 saylı Bərdə şəhər dairəsindən deputatlığa namizəd olub. Bu dairədə hakim Yeni Azərbaycan Partiyasının namizədi Fatma Yıldırım qalib elan edilib. -06D--

 

Rəy yaz

Cəmiyyət

İran Prezidentinin də həlak olduğu helikopter qəzasına görə məsuliyyəti kim daşıyır? – Sədrəddin Soltan Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti