Vəkil: “Polis Tofiq Yaqublunun telefonunu alıb”
Баку/28.03.20/Turan: Vəkil Elçin Sadıqov polisin həbs edilmiş müxalifətçi Tofiq Yaqublunun mobil telefonunu qaytarmaması ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədir.
“T.Yaqublunun telefonu polis tərəfindən heç bir qanuni əsas olmadan alınıb. Onun statuslarının (Facebook-da) silinməsi bir daha onu sübut edir ki, T.Yaqublu ifadə azdlığına, yazılarına görə həbs edilib. Bunun baş vercəyini ehtimal edərək T.Yaqublunun həbsinə səbəb olan statuslarını screen etmişdim”,- vəkil bildirib.
Onun sözlərinə görə, bu, şəxsi həyata müdaxilə, həm də ifadə azadlığının pozulması deməkdir. Bu həm də Avropa Konvensiyasının, eləcə də Azərbaycan CM-in müvafiq maddələrinin pozulması deməkdir.
T.Yaqublu martın 22-də yol qəzasından sonra saxlanılıb. Digər avtomobil T.Yaqublunun maşınını vurub, sürücü isə müxalifətçiyə hücum edib. Ancaq T.Yaqublunu saxlayıblar, xuliqanlıqda ittiham ediblər, məhkəmə onu üç ay müddətinə həbs edib.
Beynəlxalq hüquq-müdafiə təşkilatları siyasətçinin uydurma ittihamla həbsini pisləyiblər və onun dərhal azadlığa buraxılmasını tələb edib.06D-
Cəmiyyət
-
Ötən gecə iki avtoxuliqan şəhərin mərkəzində yarışa girərək, zəncirvari qəza törədib.
-
Azercell-in dəstəyi ilə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilər daha 10 medal qazanıblar 16-21 aprel 2024-cü il tarixlərində Bolqarıstanın Şumen şəhərində informatika fənni üzrə yüksək səviyyəli turnir keçirilib. Sözügedən müsabiqədə “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı çərçivəsində İnformatika üzrə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilərimiz uğurlu nəticələr əldə ediblər. Onlayn fortmatda yarışa qatılan şagirdlər yuxarı yaş qrupu üzrə 5 gümüş, aşağı yaş qrupu üzrə 5 bürünc medal olmaqla ümumilikdə 10 medal qazanıblar.
-
Azərbaycanda saxlamalar, həbslər davam edir. Dünən, aprelin 29-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli saxlanıb. Onun da qaçaqmalçılıqda şübhəli sayıldığı deyilir. Son aylar Azərbaycanda 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittiham ilə razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.
-
Mayın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz 21-26 dərəcə isti təşkil edəcək.
Rəy yaz