AZAL Moskva və Londona müntəzəm reysləri davam etdirəcək

Bakı/26.03.20/Turan: Martın 26-dan “Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) beynəlxalq istiqamətdə uçuşları yalnız Moskva və Londona olacaq. Aviaşirkətin məlumatında deyilir, hər iki şəhərə və geriyə uçuşlar cümə axşamı həyata keçiriləcək.

İnsanların sıx toplanmasının qarşısını almaq üçün AZAL-ın aviabilet satış ofisləri bağlı olacaq. Biletləri AZAL aviaşirkətinin saytında (www.azal.az) əldə etmək olar.

Eyni zamanda ancaq Azərbaycan vətəndaşlarına Bakıya uçuşa icazə veriləcək.

Aeroport binasına yalnız adına  bilet alınan sərnişinlər buraxılacaq.

Azərbaycana qayıdan hər bir vətəndaş tibbi müayinədən keçəcək və karantinə yerləşdiriləcək.06D-

 

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti