AŞPA həmməruzəçiləri: "Azərbaycan höküməti pandemiyadan sui-istifadə edir"
Bakı/27.03.20/Turan: Azərbaycan hökümətinin koronavirus pandemiyasından siyasi repressiyalara haqq qazandırmaq üçün istifadə etməsi Avropa Şurası Parlament Assambleyasının (PACE) həmməruzəçilərini qəzəbləndirib.
Həmməruzəçilər Sunna Evarsdottir, Sör Rocer Geyl və Stefan Şennak cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramı təbrikində koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ölkədəki müxalifəti təcrid edəcəyinə işarə etməsinə münasibət bildirib.
"Azərbaycan hökümətinin rüsvayçı şəkildə koronavirus pandemiyasından ölkədə təzyiqlərə üzləşən siyasi müxalifətə qarşı yenidən təqiblər aparmaq üçün sui-istifadə etməsi məni heyrətləndirir və dəhşətə gətirir. Hər hansı dövlət başçısının ictimai sağlamlıqla bağlı fövqəladə vəziyyətdən hakimiyyətini gücləndirmək üçün sui-istifadə etməsi inanılmazdır," Sör Rocer Geyl deyib.
Stefan Şennak bildirib ki, "prezident Əliyevin ölkəsindəki müxalifəti təsvir etmək üçün işlətdiyi sözlər və onları satqın 'beşinci kolon' adlandırması son dərəcə qeyri-demokratikdir."
Belə görünür ki, Azərbaycan höküməti yeni razılaşdırılmış siyasi repressiya dalğası başladıb.
Sunna Evarsdottir
"Bu cür ictimai fövqəladə vəziyyətin olduğu zamanlarda siyasətlə bağlı debat aparmaq və ictimaiyyət arasında informasiyanın azad axınını təmin etmək üçün siyasi plüralizm və məsuliyyətli ifadə azadlığı çox mühüm rol oynayır," o əlavə edib.
Sunna Evarsdottir isə aparıcı müxalif siyasətçi Tofiq Yaqublunun xuliqanlıq ittihamı ilə həbs olmasına reaksiya olaraq bildirib ki, "mənim indiyədək eşitdiyim hər şey cənab Yaqubluya qarşı ittihamların uydurma olduğunu və onun yenidən siyasi məhbus olduğuna işarə edir. Belə görünür ki, Azərbaycan höküməti yeni razılaşdırılmış siyasi repressiya dalğası başladıb". Sunna Evarstdottir bunu ölkənin Avropa Şurasındakı gələcəyi üçün yaxşı hal olmadığını söyləyib.-0-
Siyasət
-
Cümə axşamı Birləşmiş Ştatlar sülh sazişi üzrə danışıqları irəli sürmək üçün mayın 10-da Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərini qəbul etmək təklifini alqışlayıb.
-
Mayın 9-da Bakının Xətai Rayon Məhkəməsində “Abzas Media”nın direktoru Ülvi Həsənli, bu nəşrin baş redaktoru Sevinc Vaqifqızı və onlayn Meclis.info platformasının rəhbəri İmran Əliyevin ev dustaqlığına buraxılması barədə vəsatətlərə ayrıca baxılıb. Prosesə Fuad Axundov sədrlik edib.
-
Çərşənbə günü ABŞ bildirib ki, Gürcüstanın hakim partiyasından qaynaqlanan antiqərb ritorikasının güclənməsindən narahatdır.
-
Mayın 9-da Azərbaycan İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 79-cu ildönümünü qeyd edir. Bu hadisə münasibətilə Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tarixin bu dönüş fəslində Azərbaycan xalqının göstərdiyi yenilməz fədakarlığı və qəhrəmanlığı yad ediblər.
Rəy yaz