Bakı yenə də beynəlxalq tənqidə Əli Həsənovun tərzində reaksiya verir

Bakı/28.03.20/Turan: Ölkə prezidentinin beynəlxalq siyasət üzrə köməkçisi Hikmət Hacıyev AŞPA-nın Azərbaycan üzrə məruzəçilərini tənqid edib. Bundan öncə məruzəçilər dövlət başçısı İlham Əliyevin Novruz bayramı münasibətilə müraciətini tənqid ediblər. Həmin müraciətdə o, müxalifəti Azərbaycanın “düşmənləri” elan edib və xaricdən pul alan “beşinci kolon” ​​adlandırıb. O, fövqəladə vəziyyət elan edərək və “milli satqınları”ın cəzalandırılacağı ilə hədələyib.

Həmin ittihamlara cavab verən H.Hacıyev deyib ki,  prezident İ.Əliyev öz müraciətində siyasi partiyalara dialoq təklif edib. Parlamentin yeni tərkibi də göstərir ki,  “Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşır”, - o deyib.

“Niyə AŞPA məruzəçiləri və digərləri bunu görmək istəmirlər? Çünki bu şəxslər manipulyasiya və saxtakarlıqla məşğuldurlar. Onların ölkəmizə qarşı münasibəti həmişə qərəzli olub.

AŞPA-nın məruzəçiləri olan S.Evarsdottir, Roger Gale və Stefan Şennak saxtakarlıqla məşğuldurlarsa, onda onlarla gələcək əməkdaşlıq sual altındadır”, - H.Hacıyev bildirib.

Lakin onun “AzərTAC” agentliyinə şərhinin son frazası orijinallığı ilə seçilir: “Qlobal pandemiya şəraitində Azərbaycan hökumətinin öz vətəndaşlarının sağlamlığı və təhlükəsizliyi üçün Ümumdünya Səhiyyə Təşkilatının da tövsiyələrini nəzərə alaraq, atdığı önləyici və səmərəli addımlar, görünür ki, AŞPA-da özünü “məruzəçi” kimi təqdim edən bəzi şəxsləri ciddi şəkildə narahat edir”.

Son vaxtlara qədər ölkə rəhbərliyində yalnız bir nəfər belə qeyri-adi üslubda özünü ifadə edirdi - dövlət başçısının əvvəlki köməkçisi Əli Həsənov. -02D-

 

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti