İşğal edilmiş ərazidə koronavirus
Bakı/07.04.20/Turan: Dağlıq Qarabağda koronavirusa yoluxma ilə bağlı ilk hallar qeydə alınıb. Bir nəfər təcili yardım maşını ilə Laçından Xankəndi şəhər xəstəxanasına aparılıb. Mərkəzi xəstəxanaya köçürülmə aprelin 2-də baş tutub. Bu barədə aprelin 7-də Tert.am saytı bildirib.
Xəstə məlumatda “yoluxma ocağı” adlandırılan Ermənistandan Qarabağa qayıdıb.
Test-müayinədən keçən ikinci şəxs Ermənistandan qayıdan vətəndaşın qonşusu olub. Aprelin 4-də o, başqa problemlə - bronxit simptomları ilə eyni tibb müəssisəsinə köçürülüb.
Xəstə ilə təmasda olan 17 nəfər Laçın sakini özünü təcrid edib. Hələlik onlarda xəstəliyin simptomları yoxdur. Həmin adamların evlərində dezinfeksiya işləri aparılıb. Xəstə vətəndaş təcrid olunduqdan sonra onun olduğu kənd (ermənicə adı Mişik) nəzarətə götürülüb. Bu kənd vilayət mərkəzindən-Laçından 39 km., Xankəndidən 89 km. məsafədə yerləşir - 0–
-
- Dünyada
- 7 Aprel 2020 17:41
Siyasət
-
"Meclis.info" platformasının həbsdə olan rəhbəri İmran Əliyevə qarşı yeni ittiham irəli sürüldüyü deyilir.
-
İstintaq təcridxanasında 8 günlük quru aclıq aksiyası Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənovun sağlamlığı üçün mənfi nəticələrə səbəb olub. O, 17,5 kq arıqlayıb və onun həzm sistemində problemlər yaranıb.
-
Teleqram şəbəkəsində bu günlərdə korrupsiyaya görə həbs olunmuş Rusiya müdafiə nazirinin keçmiş müavini Timur İvanovun daşınmaz əmlakını əks etdirən video yayılıb. Bu, Tver vilayətində Volqanın sahilində bir saraydır. Əmlakın dəyəri təxminən 2 mlrd. rubldur (təxminən 22 mln. dollar). Saray klassisizm üslubunda məşhur Znamenskoe-Raek malikanəsinin eynisidir.
-
Son günlər Qazaxın Ermənistanla həmsərhəd kəndlərində əhali etiraz aksiyaları keçirərək, 90-cı illərin əvvəllərində ermənilər tərəfindən işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması prosesini pozmağa çalışır.
Rəy yaz