Albaniya tarixinə həsr olunmuş  tədqiqat

Bakı/13.05.20/Turan: "Elm və Təhsil" nəşriyyatı bu yaxınlarda arxeoloq professor Qafar Cəbiyevin "Girdiman. Tarixi və tarixi coğrafiyası" adlı tədqiqat əsərini rus dilində nəşr edib.

AMEA-nın məlumatına görə, kitabın redaktoru akademik Yaqub Mahmudov, rəyçiləri akademiyanın müxbir üzvləri Vəli Əliyev və Cəfər Qiyasidir. Nəşrin  sponsoru azərbaycanlı iş adamı Fərhad Əhmədovdur.

Giriş, doqquz fəsil, nəticə, 3 sxematik xəritə, 4 cədvəl-diaqram, Girdiman abidələri və onlarda aparılmış arxeoloji tədqiqatları özündə əks etdirən 54 şəkil, habelə yüzlərlə nadir arxeoloji tapıntının foto və rəsmlərinin cəm olduğu 43 tablodan ibarət kitab son onilliklər ərzində Albaniya tarixinə həsr olunmuş  tədqiqat əsəridir.

Məlumatda deyilir ki, Girdiman vilayəti ərazilərinin lokalizəsi ilə bağlı yanlış versiyanı ilk dəfə elmi dövriyəyə gətirən uzun illər SSRİ Şərqşünaslıq İnstitutunun Qafqazşünaslıq şöbəsinə rəhbərlik etmiş akademik S.T.Yeremyan olub.

“O Yeremyan ki, ermənilər tərəfindən məqsədli şəkildə Albaniya tarixinin təhrif olunaraq saxtalaşdırılması işinin ilk "pioneri" olub. Əfsuslar olsun ki, sonralar Albaniya tarixi ilə məşğul olan bir sıra Azərbaycan tarixçilərinin Girdimanın lokalizəsi ilə bağlı erməni aliminin elmə gətirmiş olduğu bu yanlış versiyanı təkzib etmək cəhdləri də nəticəsiz qalmışdır”, deyə məlumatda bildirilir.

İlk dəfə professor Qafar Cəbiyev Girdiman vilayətinin Şirvan bölgəsində, daha konkret desək, Ağsuçay-Girdimançay-Göyçay çayları hövzəsində lokalizisinə dair mülahizəri bir sıra çox ciddi elmi dəlillər əsasında sübuta yetirməyə çalışıb.

Qədim və Orta əsr mənbələrində tarixi Girdiman ərazilərinin məhz Şirvan bölgəsində lokalizəsini təsdiqləyən bir sıra prinsipial əhəmiyyətli məqamlar üzərində dayanan Q.Cəbiyev öz mülahizələrini həmçinin Albaniyanın qərbində Girdimanla bağlı heç bir arxeoloji və memarlıq abidəsinin, habelə qədim toponimlərin olmaması, Şirvan ərazisində isə çoxsaylı bu cür abidə və toponimlərin mövcudluğu ilə əsaslandırıb.

Monoqrafiya tarixçilər, arxeoloqlar, etnoqraflar, həmçinin geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. -0-

 

Rəy yaz

Mədəniyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti