Açiq məmbələrdən foto.

Açiq məmbələrdən foto.

Bakı/04.05.20/Turan: Paytaxt polisi vətəndaşları karantin dövründə şəxsi nəqliyyat vasitələrindən az istifadə etməyə və heç bir səbəb olmadan evdən çıxmamağa çağırıb.

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatında bildirilir ki, iş yerlərindən verilən xidməti vəsiqələrdən və ya arayışlardan sui-istifadə halları artıb.

“Müəyyən edilib ki, vətəndaşlar ciddi zərurət olmadan küçələrdə saatlarla sərbəst hərəkət edirlər və ya avtomobil yollarında tıxac yaradırlar ki, bu da infeksiyanın yayılmasına şərait yaradır.

Belə ki, mayın 3-də bir sıra dövlət qurumlarında və və digər sahələrdə çalışan şəxslərin qeyri- iş günlərində zərurət olmadan küçəyə çıxmaları müəyyən edilib.

Bakıda belə pozuntulara görə 275 nəfər saxlanılıb, onların hər biri cəzalandırılıb.-0-

 

Rəy yaz

Cəmiyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti