Açiq məmbələrdən foto.

Açiq məmbələrdən foto.

Bakı/04.05.20/Turan: Mayın 4-də səhər Biləsuvar rayonunun sakinləri yerli İcra Hakimiyyətinini binası önündə toplaşaraq sosial ödənişlərin verilməsini tələb ediblər.

Aksiya iştirakçılarından biri Turan-a bildirib ki, yüzlərlə adam öz probleminin həllini tələb etməyə gəlib.

“Rayonda ciddi sosial problemlər, işsizlik var, yaşamaq üçün heç bir şey yoxdur”, - adının çəkilməsini istəməyən aksiya iştirakçısı deyib.

Onlarla adam İcra Hakimiyyətin binasına girməyə cəhd edib, lakin polisin müqaviməti  ilə üzləşib. Qeyri-rəsmi məlumatlara görə, xəsarət alanlar var.

DİN nümayəndəsi Ehsan Zahidov Turan-a bildirib ki, bir qrup vətəndaş Biləsuvar rayonunda İcra Hakimiyyətinin qarşısına toplaşmağa cəhd edib.

“Polis əməkdaşları vətəndaşlarla izahatedici söhbət aparıblar və sonra vətəndaşlar ərazini tərk ediblər. Yalnız bir nəfər polisə müqavimət göstərən vətəndaş saxlanılıb. O,  polis əməkdaşına xəsarət yetirib. Bununla əlaqədar istintaq gedir. Vətəndaşlardan heç biri xəsarət almayıb”, - E.Zahidov  deyib.

Saat 18:00-a yaxın DİN təsdiq edib ki, etirazçılardan biri polisə müqavimət göstərdiyinə görə saxlanılıb. -0-

 

Rəy yaz

Cəmiyyət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti