Açiq mənbələrdən foto.
Neftçilər iş saatından artıq işlədiklərinə görə ödənişin az olmasından şikayət edirlər, SOCAR təkzib edir
Bakı/13.05.20/Turan: SOCAR-ın dəniz platformalarında işləyən neftçilər əlavə iş saatına görə ödəniş edilməməsindən şikayət edirlər.
Onlar "Azadlıq Radiosu"na bildiriblər ki, 50 gündür platformalarda fasiləsiz işləyirlər, amma az ödəniş alırlar. Bu zaman pis hava şəraitində işlədikləri də nəzərə alınmır.
Neftçilər məişət şəraitindən də narazıdırlar. "Hazırda nə içməyə suyumuz, nə yuyunmaq üçün texniki suyumuz var", deyə neftçilərdən biri bildirib.
SOCAR-ın mətbuat xidmətindən Turan agentliyinə neftçilərin dediklərini təkzib ediblər. Dövlət Neft Şirkətindən bildiriblər ki, karantin rejimi şəraitində neftçilər platformalarda adi qrafik üzrə işləyirlər.
Karantin tədbirləri ilə əlaqədar platformalara gediş-gəlişlə bağlı müəyyən məhdudiyyətlər tətbiq edilib.
"İşçi adi halda dənizdə 15 gün qalaraq işləyirsə, karantin dövründə bəzi işçilərin növbəsinə bir neçə gün və ya, bəzi hallarda, 15 günə qədər əlavə olunub. Platformalarda yalnız istehsalat zərurətinin tələb etdiyi minimum sayda işçilər saxlanılıb.
Yaşlı olan və ya səhhəti ilə bağlı risk qrupunda olan əməkdaşlar sahilə çıxarılıb. Hər hansı zəruri şəxsi səbəblərə görə platformaları tərk etmək istəyən işçilər də sahilə təxliyə olunur".
İş vaxtından artıq işə görə ödənişə gəlincə, bu ödəniş qanun çərçivəsində artırılıb və faktiki olaraq ödənilir. Neftçi normal halda 176 saat işləməli idi, amma faktiki 360 saat işləyibsə, onun maaşı 176 saat nisbətində deyil, 360 saat nisbətində hesablanır, üstəlik normadan əlavə hər bir iş saatına görə (yəni bu misalda 184 saat) əvəzgünü haqqı ödənilir. Əvəzgünü haqqı işçinin iş yerindən (dəniz platforması, Çilov adası və s.) asılı olaraq, təqribən 40-70 faiz civarında dəyişir.
Maaş artdıqca vergilər də artır.
Şirkətdən əlavə ediblər ki, uzadılmış növbədə qalan işçilərlə yanaşı, təcrid tədbirlərinə görə dənizdəki iş növbəsinə müvəqqəti çıxa bilməyən və bu səbəbdən quruda qalan işçilər də var. "Həmin işçilərə boşdayanmaya məruz qaldıqları müddətə görə qanunda nəzərdə tutulan nisbətdə boşdayanmaya görə əmək haqqı ödənilir".
SOCAR neftçilərin iş şəraitinin yaxşılaşdırılması ilə bağlı bütün təklif və iradları qəbul etməyə hazırdır, deyə mənbə qeyd edib -21D-
Cəmiyyət
-
Bakıda Dövlət Yol Polisinin mobil patrulları taksi sürücülərini müvafiq icazələr əsasında işə cəlb etmək və taksidə yeni iş qaydalarını izah etmək üçün reydlər keçirirlər. Reydlərdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) iştirak edir, - Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bildirir. Eyni reydlər Sumqayıt şəhərində də müşahidə olunub.
-
Uzun illərdir Xəzər dənizinin səviyyəsinin azalması həm hidroloqların, həm də geniş ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Azərbaycanda dəniz səthinin xeyli azalması Sumqayıtda və Bakı Dəniz Bulvarı boyunca dənizin dayazlaşması ilə özünü büruzə verirdi. Lakin son vaxtlar hava şəraiti yeni ümidlər yaradıb.
-
Bazar günü, mayın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13 dərəcə, gündüz 16-20 dərəcə isti olacağı ehtimal edilir, xəbəri Milli Hidrometeorologiya Xidməti yayıb.
-
Mayın 17-də gün ərzində Azərbaycanda kiber üsullarla ən az 22 halda bank kartlarından abunəçilərə məxsus pullar oğurlanıb.
Rəy yaz