Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/20.05.20/Turan: Son sutkalarda Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 113 yeni fakt qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1963 və 1966-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 3631 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2253 nəfər müalicə olunaraq sağalıb, 43 nəfər vəfat edib, 1335 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 46 nəfərin vəziyyəti ağır, 64 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddətdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 245 609 test aparılıb.-02D-

 

Rəy yaz

Cəmiyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti