Açiq mənbələrdən foto.
118 nəfər koronavirusa yoluxub, bir nəfər vəfat edib
Bakı/21.05.20/Turan: Azərbaycanda 118 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 87 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumatda deyilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1956-cı il təvəllüdlü vətəndaş vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 3 749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 340 nəfər müalicə olunaraq sağalıb, 44 nəfər vəfat edib, 1 365 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 60 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 252 496 test aparılıb.
Martın 14-dən Azərbaycanda bütün kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.
Aprelin 5-dən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.
Mayın 18-dən karantin rejimi yumşaldılıb. SMS icazə ilə insanların evdən çıxması, xüsusi vəsiqə və arayışlarla işə çıxma sistemi ləğv edilib. 65-dən yuxarı yaşı olan insanların evdən çıxmasına tətbiq edilən qadağa aradan qaldırılıb. Restoranlar, kafelər, ictimai iaşə obyektləri, parklar açılıb.
Bununla yanaşı, kütləvi tədbirlərin keçirlməsinə tətbiq edilən qadağalar qüvvədə qalacaq. 10 nəfərdən çox insanın bir yerə toplanması qadağandır.
Ölkəyə giriş-çıxışa tətbiq edilən qadağa mayın 31-dək qüvvədədir. -03-
Cəmiyyət
-
Bazar günü, mayın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi gecəyə doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
-
Bakcell Fəvvarələr Meydanında yeni brend kimliyinə uyğun innovativ mağazasını təqdim etdi. Mayın 3-dən etibarən faəliyyətə başlayan mağazanın açılışında Bakcell-in süni intellekt dəstəkli insanabənzər robotu Ardi iştirak edib.
-
Mayın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
-
Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” konfransına qeydiyyat davam edir “GSMA M360 Eurasia 2024” konfransı bu il Bakıda çoxsaylı beynəlxalq və regional məruzəçilərin iştirakı ilə baş tutacaq. Tədbir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə 15-16 may tarixlərində keçiriləcək.
Rəy yaz