Azərbaycanda koronavirusdan daha üç nəfər vəfat edib
Bakı/23.05.20/Turan: Azərbaycanda daha 127 nəfərin koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Bundan başqa, 107 nəfər sağalıb, üç nəfər vəfat edib.
Nazirlər Kabineti yanında Operativ Qərargah may;n 23-də bildirib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948-ci, 1952-ci və 1982-ci il təvəllüdlü üç nəfər vəfat edib.
Azərbaycanda indiyədək 3982 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2506 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1427 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 57 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir, qərargah bildirib.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 265.067 test aparılıb.-0-
-
- Foto sessiyalar
- 24 May 2020 11:30
Cəmiyyət
-
Bakıda Dövlət Yol Polisinin mobil patrulları taksi sürücülərini müvafiq icazələr əsasında işə cəlb etmək və taksidə yeni iş qaydalarını izah etmək üçün reydlər keçirirlər. Reydlərdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) iştirak edir, - Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bildirir. Eyni reydlər Sumqayıt şəhərində də müşahidə olunub.
-
Uzun illərdir Xəzər dənizinin səviyyəsinin azalması həm hidroloqların, həm də geniş ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Azərbaycanda dəniz səthinin xeyli azalması Sumqayıtda və Bakı Dəniz Bulvarı boyunca dənizin dayazlaşması ilə özünü büruzə verirdi. Lakin son vaxtlar hava şəraiti yeni ümidlər yaradıb.
-
Bazar günü, mayın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13 dərəcə, gündüz 16-20 dərəcə isti olacağı ehtimal edilir, xəbəri Milli Hidrometeorologiya Xidməti yayıb.
-
Mayın 17-də gün ərzində Azərbaycanda kiber üsullarla ən az 22 halda bank kartlarından abunəçilərə məxsus pullar oğurlanıb.
Rəy yaz