Açiq məmbələrdən foto.

Açiq məmbələrdən foto.

Bakı/04.05.20/Turan:  Mayın 4-də Qoşulmama Hərəkatı iştirakçısı ölkələrinin dövlət və hökumət başçılarının “Birlikdə COVID-19-a qarşı” mövzusunda videokonfrans formatında sammiti keçiriləcək.

Görüş Qoşulmama Hərəkatının sədri kimi prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilir. Videokonfrans Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

BMT baş katibi sammit iştirakçılarına müraciət edəcək. Sonra ÜST baş direktoru, Afrika İttifaqı Komissiyasının sədri və Avropa Komissiyası sədrinin müavininin çıxışları planlaşdırılır.

Bunun ardınca Hərəkatda iştirak edən 40-a yaxın dövlət və hökumət başçılarının çıxışları nəzərdə tutulur.

Bundan öncə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki,  pandemiya şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsi, dövlətlərin və beynəlxalq təşkilatların səylərinin səfərbər olunması mühüm əhəmiyyət kəsb edir.

“Ümid edirik ki, Qoşulmama Hərəkatının sammiti üzv dövlətlərin koronavirusla mübarizədə səylərini səfərbər etməsinə mühüm töhfə verəcək”, -H.Hacıyev deyib.06В-

 

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti