Sərhədsiz reportyorlar “Azadlıq” qəzetinin jurnalistinin əsassız saxlanmasını pisləyir
Bakı/ 04.05.20 / Turan: Sərhədsiz reportyorlar mayın 1-də “Azadlıq” qəzetinin jurnalisti Səadət Cahangirin əsassız həbsini və 8 saat dindirilməsini pisləyir.
Təşkilatın Tvitter səhifəsindəki məlumatda deyilir ki, prokurorluğun işçiləri jurnalistin vəkil çağırmasına və doğmalarına telefon etməsinə imkan verməyiblər.
Sərhədsiz reportyorlar qeyd edir ki, prokurorluq əməkdaşları guya sayğacı yoxlamağa gələn qaz işçiləri adı altında mənzilə giriblər. Onlar qanunsuz axtarış aparıblar, kompüter, telefon və pulu götürüblər. Bütün bunlar dindirmədən sonra geri qaytarılmayıb.
Sərhədsiz reportyorlar hakimiyyəti bu qanunsuzluğa son qoymağa çağırır və xatırladır ki, S.Cahangir aprelin 28-də də müsahibə almağa gedərkən “karantin rejimini pozduğuna görə” qanunsuz saxlanılıb, dindirilib və cərimələnib.-02D-
Siyasət
-
İlham Əliyev və Olaf Şolts Azərbaycan və Ermənistan arasında sülh nizamlanmasını müzakirə ediblər. Bu barədə görüş başa çatdıqdan sonra Almaniya kansleri Olaf Şolts bildirib.
-
Cümə axşamı Birləşmiş Ştatlar bildirib ki, Rusiyanın qarşıda duran seçki prosesinə müdaxiləsinə qarşı mübarizə məqsədilə Aİ ilə sıx əməkdaşlıq edir.
-
Dünən axşam dövlət başçısı İlham Əliyev Berlinə gəlib. Bu gün o, "15-ci Peterberq iqlim dialoqu"nda iştirak edir.
-
Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə əsassızdır və Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir.
Avropa Parlamentinin qətnaməsi niyə qərəzli adlandırılır? - Bəşir Süleymanlı Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Cəmiyyət,
- 16:09
- 64
Rəy yaz