Açiq məmbələrdən foto.

Açiq məmbələrdən foto.

Bakı/05.05.20/Turan: Mayın 5-də Milli Məclis Azərbaycan Prezidentinin təqdimatı ilə Ali Məhkəmə hakimlərinin təyinatlarını təsdiq edib.

Parlament Kamal Əbiyev, Zaur Əliyev, Vüqar Həsənov, Abdin Hüseynov, İsmayıl Xəlilov və Elşad Şamayevin (hamısı Bakı Apellyasiya Məhkəməsindən) Ali Məhkəmənin üzvü təyin edilməsinə razılıq verib.

İsfəndiyar Şəfiyev Gəncə Apellyasiya Məhkəməsindən, Fehruzə Abbasova Şirvan Apellyasiya Məhkəməsindən, Mübariz Hüseynov isə Şəki Apellyasiya Məhkəməsindən Ali Məhkəməyə keçirilib.

Eyni zamanda, Çingiz Əsgərov, Bəhman Qəribov və Bəhram Məmmədli Ali Məhkəmənin hakimi təyin edilib.

Əsgərov uzun müddətdir Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanın səlahiyyətli nümayəndəsidir. –06D-

 

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti