Şeyxülislam Allahşükür Paşazadə. Açiq məmbələrdən foto.
QMİ sədri İrana görə ABŞ-a ağız açdı
Bakı/05.05.20/Turan: Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə ABŞ prezidenti Donald Trampa məktubla müraciət edib. Bu barədə QMİ-nin mayın 5-də yaydığı açıqlamsında deyilir.
A.Paşazadə vurğulayır ki, bu Allahın lütfüdür ki, yaşanan böhranlara, qarşıdurma və münaqişələrə baxmayaraq, dünyanı məhvərindən çıxmağa qoymayan əbədi dəyərlər mövcuddur.
Onun fikrincə, bunların sırasında müxtəlif millət və etiqad sahiblərinin dinc birgəyaşayışı, qarşılıqlı anlaşma mədəniyyəti mühüm yer tutur: “Əbəs yerə deyildir ki, müqəddəs kitablarımız Tövrat, İncil və Quran etiqadımızdan asılı olmayaraq hamımızı insanlıq naminə mərhəmətli və şəfqətli olmağa çağırır”.deyə məktubda vurğulanır.
QMİ sədrinə görə, dünyanın sınandığı, yeni növ koronavirus bəlası ilə mücadilədə insan həmrəyliyi, humanizm idealları hər zaman olduğundan daha artıq önəm daşıyır.
A.Paşazadə Azərbacyanla həmsərhəd olan İranda xalqın ən zəruri tibbi, ərzaq ləvazimatlarından, maddi yardımlardan məhrum olduğını, qoca və uşaqların amansız xəstəlik qarşısında ölümə tərk edildiklərini bildirir:
QMİ sədri hesab edir ki, humanitar fəlakət həddində yaşayan qonşu İran xalqının əzab-əziyyətləri barədə daxil olan müraciətlər belə bir dövrdə fövqəladə qərarların verilməsini zəruri edir.
“Sizdən rica edirik ki, humanizm və bəşəri həmrəylik naminə İran xalqına qarşı sanksiyaların dayandırılmasına, pandemiya dövründə bütün qadağa və məhdudiyyətlərə moratorium qoyulmasına, İran xalqının təcrid və böhrandan azad olmasına dair qərar verəsiniz. Belə bir qərar bütün dünyəvi və mənəvi qanunlara uyğun addım və Allaha xoş gedən savab bir əməl olar”. -05D-
-
- Maliyyə
- 5 May 2020 14:03
Siyasət
-
Gürcüstan prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi xarici agentlər haqqında qanun layihəsinə veto qoyub. O, bu barədə mayın 18-də iqamətgahında keçirdiyi brifinqdə məlumat verib.
-
Mayın 15-də istintaq təcridxanasında quru aclıq aksiyası elan edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elxan Əliyevin olan ailə üzvləri onuntaleyindən narahatdər. Mayın 16-dan bəri o ailsi əlaqə saxlamayıb və onun haqqında heç bir məlumat yoxdur.
-
İranın Energetika Nazirliyinin məlumatına görə, bazar günü İran və Azərbaycan prezidentlərinin iştirakı ilə "Qız Qalası" və "Xudafərin" bəndlərinin açılış mərasimi olacaq.
-
Azərbaycan prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonuna səfər edib.
Rəy yaz