Açiq məmbələrdən foto.

Açiq məmbələrdən foto.

Bakı/08.05.20/Turan: Bolqarıstan, Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya və ABŞ XİN rəhbərləri İkinci Dünya Müharibəsinin sona çatmasının 75 illiyi münasibətilə birgə bəyanatla çıxış ediblər. Turan-a daxil olan bəyanatda deyilir:

“2020-ci ildə İkinci Dünya Müharibəsinin başa çatmasının 75-ci ildönümünü qeyd edərək nasist Almaniyasını məğlub etmək və Holokosta son qoymaq üçün döyüşmüş qurbanları və əsgərləri hörmətlə yad edirik.

1945-ci ilin may ayı Avropada müharibəyə son qoysa da bütün Avropaya azadlıq gətirmədi. Qitənin mərkəzi və şərq hissələri təxminən 50 il kommunist rejimlərinin hakimiyyəti altında qaldı. Baltikyanı ölkələr qanunsuz olaraq işğal və ilhaq edildi, Sovet İttifaqı işğal edilmiş ölkələrdə ciddi rejim tətbiq etdi, onları hərbi güc, repressiya və ideoloji nəzarətlə sıxışdırdı.

Onilliklər ərzində qitənin mərkəzi və şərq hissələrindən olan avropalılar öz həyatlarını qurban verərək azadlıq axtarırdılar, çünki milyonlarla insan öz hüquq və əsas azadlıqlarından məhrum idi. Onlar işgəncələrə və zorla köçürülməyə məruz qaldılar. “Dəmir pərdə” arxasında demokratiya və müstəqilliyə yol axtarırdılar.

1956-cı il hadisələri, Xartiya-77-nin yaradılması və fəaliyyəti, “Həmrəylik” hərəkatı, “Baltik yolu”, 1989-cu il xalqların payızı və Berlin divarının dağılması Avropada azadlıq və demokratiyanın bərpasına həlledici töhfə verən mühüm mərhələlər idi.

Bu gün biz insan hüquqları, demokratiya və qanunun aliliyinin üstünlük təşkil etdiyi güclü və azad Avropanın yaradılması üçün birlikdə çalışırıq. Gələcək totalitar rejimlərin qurbanları üçün tarix və ədalət faktlarına söykənməlidir. Biz bu prinsiplərin həyata keçirilməsində maraqlı olan hər kəslə dialoqa hazırıq.

İkinci Dünya Müharibəsinə və müharibədən sonra Avropanın bölünməsinə səbəb olan tarixi hadisələrin manipulyasiyası tarixin saxtalaşdırılması üçün acınacaqlı bir cəhddir.

Beynəlxalq birliyin bütün üzvlərinə xatırlatmaq istərdik ki, davamlı beynəlxalq təhlükəsizlik, sabitlik və sülh beynəlxalq hüquq və normalara, o cümlədən bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə həqiqətən və davamlı şəkildə riayət olunmasını tələb edir.

İkinci Dünya Müharibəsinin amansız dərslərini öyrənərək beynəlxalq birliyi təsir sahələri konsepsiyasından qəti şəkildə imtina edilməsi və bütün suveren xalqların bərabərliyinin tanınması işində bizə qoşulmağa çağırırıq", - bəyanatda deyilir. -02D-

 

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti