Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edilib
Bakı/10.05.20/Turan: Turan agentliyinin məlumatına görə,mühacirətdə Qərbi Azərbaycan(İrəvan) Respublkası elan edilib.
Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkil etdiyi video-konfransdakı müzakirələrdən sonra elan edilən Qərbi Azərbaycan(İrəvan) Respublikası təşəbbüs qrupunun sədrliyinə Türkiyənin Kayseri universitetinin professoru, tanınmış ermənişünas alim Qafar Çaxmaqlı seçilib.
Mühacirətdə Respublika elan edilməsiylə bağlı Turan agentliyinə verdiyi açıqlamada professor Qafar Çaxmaqlı bu ideyanın uzun müddətdən bəri istər Azərbaycanın istərsə Türkiyənin gündəmində olduğunu və dünyanın müxtəlif yerlərində yaşayan Qərbi Azərbaycan (İrəvan) mənşəli mühüm insanların birləşərək bu qəti addımı atdığını deyib.
Təşəbbüs qrupunun sədri professor Çaxmaqlı deyib ki, əvvəlcə Respublikanın Milli Şurası yaradılacaq,sonra mərhələlərlə parlamentə seçkilər keçiriləcək və nəhayət, hökumət formalaşdırılacaq.
”Tarix bu addımın atılmasında nə qədər haqlı olduğumuzu göstərir. Əsrlər boyu daimi yaşayış məskənimiz olan Qərbi Azərbaycanda həmişə dövlətimiz də olub. Bizim dövlətimiz orada heç vaxt milli-dini ayrı-seçkiliyə yol verməyib. Azərbaycan dövlətçiliyinin varislərindən biri olan İrəvan xanlığı heç də uzaq tarix deyildir.
Rusiya İrəvanı işğal edərək oradakı dövlətçiliyimizə son qoymuşdur. 1918-ci ildə İrəvanın müəyyən güzəştlərlə Ermənistana verilməsinə baxmayaraq, ermənilər o güzəştləri aradan qaldıraraq Zəngəzura muxtariyyət vermədikləri kimi daha sonra Qarabağı da işğal ediblər.
SSRİ-nin göstərdiyi “qayğı” nəticəsində Ermənistanın ərazisi 9 min kvadrat kilometrdən 29 min kvadrat kilometrə çıxıb. Moskvanın qəbul etdiyi qərarlardan sonra 1918-ci ildən başlayaraq 1948-53-cü illər arasında Azərbaycan mənşəli insanların Ermənistandan deportasiyası davam etdirilib, 1988-ci ildə isə bu proses tamamlanıb və bunun nəticəsində Ermənistanda 1 nəfər də olsun Azərbaycan mənşəli insan qalmayıb”- deyə Turan agentliyinə açıqlamasını davam etdirən professor Qafar Çaxmaqlı, idarəçiliyində ziyalıların üstünlük təşkil edəcəyi Qərbi Azərbaycan (İrəvan) Respublikasının əsas məqsədinin başda İrəvan olmaqla, Zəngəbasar, Göyçə, Zəngəzur, Gümrü, Dərələyəz və bu günkü Ermənistan sərhədləri içində qalan bütün tarixi torpaqları geri almaq olduğunu vurğulayıb.
Professor Çaxmaqlı Mühacirətdəki Qərbi Azərbaycan Respublikasının Milli Şurasının bir müddətdən sonra formalaşdırılmağa başlayacağını sözlərinə əlavə edib.—0—
Siyasət
-
Nizamlanmanın baza prinsipləri qəbul olunarsa, COP29 konfransına qədər Ermənistanla sülh bağlanması mümkündür. Hər iki tərəf bundan ötrü çox çalışmalıdır. Bu barədə prezident İlham Əliyev çərşənbə axşamı Bakıda “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun iştirakçıları qarşısında çıxışında bildirib.
-
Azərbaycan və Ermənistan məsələnin həllinə heç vaxt olmadığı qədər yaxındır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib.
-
Ermənistan Qarabağ uğrunda savaşmaq niyyətində deyil, baş nazir Nikol Paşinyan britaniyalı jurnalistlərə müsahibəsində bildirib. "Demək istəyirəm ki, Ermənistan Qarabağ uğrunda savamaq niyyətində deyil. Bizim beynəlxalq səviyyədə tanınmış sərhədlərdən kənarda heç bir ambisiyamız yoxdur və ümid edirik ki, demarkasiya prosesində Ermənistanın ərazi bütövlüyü bərpa olunacaq", - o deyib.
-
Rusiya vətəndaşı, Yevlax rayonunda atasının hüzür mərasimində saxlanılan Elşən Kərimov "hakimiyyəti zorla ələ keçirmək" çağırışlarında ittiham olunaraq cinayət məsuliyyətinə cəlb edilib.
Rəy yaz