Hələlik mədəniyyət nazirinə xarakiri etməyi məsləhət görürlər
Bakı/11.05.20/Turan: Mayın 8-də Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Nazirliyində xüsusi əməliyyat həyata keçirməsindən və bu idarənin iki işçisini həbs etməsindən sonra tənqid və qınaq dalğası həbs edilən məmurlara deyil, nazir Əbülfəz Qarayevə yönəlib.
Cəmiyyətdə onu məsuliyyətə cəlb etmək və dərhal vəzifədən azad etmək çağırışları və tələləri yer alır. Belə ki, deputat Fazil Mustafa öz Facebook səhifəsində yazır ki, Azərbaycan mədəniyyətini "Qarayev zehniyyətinin həbsindən azad etməyincə, sənətin, ədəbiyyatın, rəssamlığın, teatrın, kinonun, kitabxananın, kitab satış sektorunun, xalça sənətinin inkişafına dəstək verməli olan bir dövlət orqanı, onları çökdürən bir mexanizm kimi, bir buxov kimi mədəniyyətimizin potensialına ağır zərbə vurmağa davam edəcəkdir", deputat belə hesab edir.
ReAl partiyasının icraçı katibi Natiq Cəfərli hesab edir ki, nazir özü istefa verməlidir. “Biznesdə də, hökumət-dövlət işində də qərar verənlər öz qərarlarına görə, ən azı, siyasi (biznesdə isə maddi) məsuliyyət daşımalıdırlar. Mədəniyyət Nazirliyində o boyda əməliyyat olur, faktlar və iddialar səsləndirilir – nazir isə çıxıb deyir ki, əməliyyatı alqışlayıram. Belə olmur, hər şeyi multfilmə çevirməyin, əgər sənin öz məsuliyyətin altında olan sahədən xəbərin olmayıbsa lap pis – deməli bacarıqsız menecersən, yox əgər xəbərin olubsa, deməli sənin rəhbərliyinlə hər şey baş verib. Hər iki halda da, ən azı (hüquqi məsuliyyəti qoyuram kənara) siyasi məsuliyyətə görə nazir istefa verməlidir və bu yanaşma bütün siyasi qərarverənlərə aid olmalıdır. Yaponiyada belə məsələlərə görə məmurlar “xarakiri” edirlər, bunlar heç istefa vermək belə istəmirlər”, deyə Cəfərli Facebook səhifəsində yazıb. -03В-
Siyasət
-
Aprelin 30-da Xətai Rayon Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri Anar Məmmədlini 3 ay 28 gün müddətinə həbs edib. Bu barədə Turan-a onun vəkili Elmar Süleymanov bildirib.
-
Rusiya sülhməramlılarının Qarabağda mərhələli şəkildə çıxarılması prosesi davam edir. Gəncə şəhəri yaxınlığındakı Qoran dəmir yolu stansiyasına vaxtaşırı zirehli texnika, xüsusi texnika, yanacaq tankerlərindən ibarət avtomobil karvanları gəlir. Texnika şəxsi heyətlə birlikdə platformalara yükləndikdən sonra Rusiyaya yola düşür.
-
Çərşənbə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində həmkarlar ittifaqı fəalı Afiyəddin Məmmədov ifadə verib və öz həbsini həmkarlar ittifaqı çərçivəsində fəaliyyəti ilə əlaqələndirib.
-
Bu gün Bakının Səbail Rayon Məhkəməsində Turan Agentliyinin "iqtisadi xəbərlər" şöbəsinin redaktoru Hafiz Babalının ATV telekanalına qarşı iddiası üzrə proses başa çatıb.
Rəy yaz