Nikol Pashinyan
Paşinyan sülh istəyir, amma şərt qoşur
Bakı/26.10.22/Turan: Oktyabrın 31-də Soçi görüşündə Dağlıq Qarabağda sülhün və sabitliyin təmin edilməsindən başlayaraq, bir çox məsələlər müzakirə olunacaq. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 26-da ölkə parlamentində çıxışında bildirib.
Onun sözlərindən aydın olub ki, o, "Azərbaycanın Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olmasına və buna reaksiya verilməməsinə" qəzəblənib.
Paşinyan həmçinin Rusiyadan müxtəlif səviyyələrdə Ermənistandan keçən nəqliyyat dəhlizinin açılması zərurəti haqqında bəyanatlar səslənməsindən narazılığını bildirib.
O, həmçinin "Azərbaycanın 13 sentyabr tarixli təcavüzünə" Rusiyanın reaksiyasının olmamasına qəzəblənib.
Bununla belə, o əlavə edib ki, səmimiyyətlə sülh müqaviləsinin ilin sonuna qədər imzalanmasını istəyir. "Bu nə dərəcədə realdır? Mən və hökumətimiz bunun real olması üçün əlimizdən gələni edəcəyik. Amma bəzi məqamlar var. Saziş imzalanmazdan əvvəl sərhədlərin delimitasiyasının həyata keçirilməsi vacibdir. Praqada bunun 1991-ci il sərhədləri əsasında baş verəcəyi barədə razılığa gəldiyimizi nəzərə alsaq, bu, realdır, çünki bu sərhədlər məlumdur.
Bundan başqa, Azərbaycan və Dağlıq Qarabağ arasında beynəlxalq danışıqlar aparılmalıdır. Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi mexanizmi olmalıdır", deyə o qeyd edib. 02D
Siyasət
-
Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidməti məlumat verir ki, cari il aprel ayının 28-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu həlak olub.
-
Bu gün “Toplum” İnternet televiziyasının əməkdaşı Cavid Ramazanov Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.
-
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Yakov Milatoviç ilə görüşüb.
-
Cümə günü ABŞ qanunvericilərinin ikipartiyalı qrupu insan hüquqlarının pozulmasına, o cümlədən siyasi müxalifətə zorakı repressiyalara görə Azərbaycanın yüksək vəzifəli məmurlarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini təqdim edib, Turan-ın Vaşinqton müxbiri bildirib.
Avropa Parlamentinin qətnaməsi niyə qərəzli adlandırılır? - Bəşir Süleymanlı Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Audio xəbər
Xəbər lenti
-
- Maliyyə,
- 00:18
- 25
Rəy yaz