Açiq mənbələrdən foto.
Qarabağ erməniləri Moskvanın oyununu oynayırlar?
Bakı/31.10.22/Turan: Oktyabrın 30-da qondarma Qarabağ parlamentinin növbədənkənar iclası keçirilib. İclasda bundan öncə Bakı və yerevan arasında əldə edilmiş razılaşmalara zidd bəyanat qəbul edilib. Söhbət nizamlanma ilə bağlı Bakının təklif etdiyi və Yerevanın qəbul etdiyi beş prinsipdən gedir. Bu prinsiplərdən biri də bir-birinin ərazi bütövlüyünün tanınmasıdır.
Lakin “parlament”in bəyanatında deyilir ki, Qarabağ “heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb və olmayacaq”.
Sonra bildirilir ki, Ermənistan hakimiyyəti “Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatından imtina etməyə” və ya Qarabağın “suverenliyini” şübhə altına alan hər hansı sənədi tanımağa haqqı yoxdur.
Bəyanatda Rusiya Qarabağın təhlükəsizliyini təmin etməyə, “əlavə siyasi və hərbi mexanizmlər tətbiq etməyə” çağırılır.
Həmin gün Xankəndidə 10 minədək adamın iştirakı ilə mitinq keçirilib. Mitinq iştirakçıları arasında bu günlərdə Qarabağın “dövlət naziri” təyin edilmiş rusiyalı iş adamı Ruben Vardanyan da olub.
Rəsmi Bakı baş verənlərə hələ ki reaksiya verməyib.
Beləliklə, Qarabağ ermənilərinin liderləri eyni vaxtda təkcə Bakıya yox, həm də bundan öncə Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını rəsmən bəyan etmiş Yerevana meydan oxuyurlar.
Gözləntilərin artmasına görə, Qarabağ erməniləri ümid edirlər ki, Moskva onların müstəqillyini və ya ən azı Azərbaycandan kənarda xüsusi statusu tanımaq missiyasını öz üzərinə götürməyə hazırdır.
Bu cür gözləntilər Ermənistandakı Rusiyapərəst qüvvələrdən də gəlir. Onlar iddia edirlər ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllilə bağlı Rusiya variantı məhz bunu nəzərdə tutur.
Bu gözləntilərin nə dərəcədə əsaslı olduğu bu gün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündə məlum olacaq. 02D
Siyasət
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənov altı sutkadır 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq edir.
-
Aprelin 25-də Bakının Xətai Rayon Məhkəməsində “Toplum” TV-nin təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması barədə vəsatətə baxılacaq. Bu barədə Turan-a onun qardaşı Nəsimi Məmmədli bildirib.
-
Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün mifologiyadan əl çəkməli və qonşularına qarşı heç bir iddiasının olmadığını sübut etməlidir. Bu barədə prezident İlham Əliyev aprelin 23-də Bakıda keçirilən beynəlxalq konfransın iştirakçıları ilə görüşdə bildirib.
-
Aprelin 23-də Ermənistan hökumətinin mətbuat xidməti bildirib ki, Ermənistan-Azərbaycan sərhədində geodeziya ölçmələrindən və koordinatların dəqiqləşdirilməsindən sonra ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir.
Rəy yaz