Nikol Pashinyan
Paşinyan Qarabağın statusu məsələsinin sonraya saxlanması təklifinə razıdır
Bakı/02.11.22/Turan: Paşinyan: “Rusiya Qarabağ məsələsini sonraya saxlamağı təklif edib, Ermənistan razıdır”. Bunu Ermənistan parlamentində baş nazir Nikol Paşinyan noyabrın 1-də Soçidə keçirilən üçtərəfli görüşün yekunları barədə deyib.
Onun sözlərinə görə, bu, düzgün yanaşmadır, çünki hazırda tərəflər Qarabağın qarşılıqlı məqbul statusu ilə bağlı razılığa gələ bilmirlər.
“Hazırda hər iki tərəf üçün qarşılıqlı məqbul olan status tapmaq obyektiv olaraq mümkün deyil. Ermənistan hökumətinin siyasəti bu konsepsiyaya nə dərəcədə uyğundur? Tamamilə və 100 faiz”, - Paşinyan deyib.
“Diqqəti Dağlıq Qarabağ məsələsinə cəmləşdirməmək, mahiyyətcə, mövcud vəziyyəti hansısa status-kvo şəklində düzəltmək və Ermənistan-Azərbaycan problemini həll etmək təklif olunur. Bu, məqbuldur”, - o, fikrini yekunlaşdırıb.
Xatırladaq ki, Soçi görüşündən öncə erməni tərəfi nizamlanmanın “Rusiya variantını” dəstəklədiyini bəyan etmişdi. Naməlum səbəblərdən ermənilər qərara alıblar ki, bu variant Qarabağa hansısa statusun verilməsini nəzərdə tutur, “Vaşinqton variantı” isə yox. Ancaq Soçidə bunun mif olduğu məlum oldu.
Daha sonra Paşinyan bildirib ki, Azərbaycan onun rusiyalı sülhməramlıların Qarabağda qalma müddətinin 10-20 il uzadılması barədə onun ideyasını rədd edib. 02D
-
- İqtisadiyyat
- 2 Noyabr 2022 12:57
-
- Maliyyə
- 2 Noyabr 2022 13:17
Siyasət
-
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı çağırışlara görə həbs edilən Dağlıq Qarabağın keçmiş “dövlət naziri” Ruben Vardanyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında aclıq aksiyasını dayandırıb.
-
Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiyası çərçivəsində geodeziya ölçmələri əsasında artıq 20 sərhəd dirəyi quraşdırılıb.
-
Aprelin 24-də Xocalı rayonunun Malıbəyli kəndi ərazisində qazıntı işləri aparılarkən ən azı 6 nəfərə aid olduğu ehtimal edilən insan sümük fraqmentləri aşkar edilib. Bu barədə Azərbaycan Baş Prokurorluğu və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumatında deyilir.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənov aprelin 18-dən 1 saylı Bakı İstintaq Təcridxanasında quru aclıq edir.
Rəy yaz