Dövlət Təhlükəsizlik Xidməti İran qoşunlarını Naxçıvana daxil etməyə çağıran təxribatçıları axtarır
Bakı/07.11.22/Turan: Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti ölkənin Naxçıvan bölgəsində vəziyyətlə bağlı sosial şəbəkələrdə yayılan “təxribat xarakterli” məlumatlarla bağlı araşdırmaya başlayıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin bazar ertəsi, noyabrın 7-də yaydığı məlumatda deyilir.
Söhbət Youtube-da “İran Naxçıvan Xalq Hərəkatı” adından yayilan “müraciətdən” gedir.
Sujetdə deyilir ki quya Naxçıvan sakinləri “Naxçıvan hakimiyyətinin günahı ucbatından ciddi çətinliklər yaşayır və bu səbəbdən” onlar könüllü olaraq İrana qoşulmaq və İran ordusunu Naxçıvanda yerləşdirmək istəyirlər.
Dövlət Təhlükəsizliyi Xidməti hesab edir ki, “belə bir təxribat Azərbaycana qarşı düşmən mövqe tutan məlum dairələr tərəfindən yayılır”.
Qeyd edək ki, bu süjeti Azərbaycana qarşı açıq düşmənçilik mövqeyi tutan İranın Səhər TV telekanalı dərhal nümayiş etdirib. -0-
-
- Cəmiyyət
- 7 Noyabr 2022 19:59
Siyasət
-
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı çağırışlara görə həbs edilən Dağlıq Qarabağın keçmiş “dövlət naziri” Ruben Vardanyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında aclıq aksiyasını dayandırıb.
-
Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiyası çərçivəsində geodeziya ölçmələri əsasında artıq 20 sərhəd dirəyi quraşdırılıb.
-
Aprelin 24-də Xocalı rayonunun Malıbəyli kəndi ərazisində qazıntı işləri aparılarkən ən azı 6 nəfərə aid olduğu ehtimal edilən insan sümük fraqmentləri aşkar edilib. Bu barədə Azərbaycan Baş Prokurorluğu və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumatında deyilir.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənov aprelin 18-dən 1 saylı Bakı İstintaq Təcridxanasında quru aclıq edir.
Rəy yaz