Azərbaycan və Ermənistan xarici işlər nazirləri mümkün sülh müqaviləsinin elementlərini müzakirə ediblər
Bakı/08.11.22/Turan: Noyabrın 7-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan görüşüb. Görüşün baş tutduğu Blair House-da, nazirlərin ABŞ dövlət katibi Entoni Blinken ilə birgə görüşü də keçirilib. Azərbaycan XİN-nin məlumatına görə, nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıb, hələ də həll edilməli olan bir sıra məsələlər olduğunu qeyd edib. Hər iki tərəf Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 6-da Praqada, oktyabrın 31-də isə Soçidə keçirdikləri görüşlərdə götürdükləri öhdəlikləri bir daha təsdiq edib.
Onlar danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəlib.
Hər iki nazir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə təşəkkürünü bildirib.—06D-
-
- Siyasət
- 8 Noyabr 2022 09:34
Siyasət
-
"Meclis.info" platformasının həbsdə olan rəhbəri İmran Əliyevə qarşı yeni ittiham irəli sürüldüyü deyilir.
-
İstintaq təcridxanasında 8 günlük quru aclıq aksiyası Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənovun sağlamlığı üçün mənfi nəticələrə səbəb olub. O, 17,5 kq arıqlayıb və onun həzm sistemində problemlər yaranıb.
-
Teleqram şəbəkəsində bu günlərdə korrupsiyaya görə həbs olunmuş Rusiya müdafiə nazirinin keçmiş müavini Timur İvanovun daşınmaz əmlakını əks etdirən video yayılıb. Bu, Tver vilayətində Volqanın sahilində bir saraydır. Əmlakın dəyəri təxminən 2 mlrd. rubldur (təxminən 22 mln. dollar). Saray klassisizm üslubunda məşhur Znamenskoe-Raek malikanəsinin eynisidir.
-
Son günlər Qazaxın Ermənistanla həmsərhəd kəndlərində əhali etiraz aksiyaları keçirərək, 90-cı illərin əvvəllərində ermənilər tərəfindən işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması prosesini pozmağa çalışır.
Rəy yaz