Дмитрий Песков Фото: Игорь Иванко, Коммерсантъ
Peskov Qarabağla bağlı üçtərəfli razılaşmaların alternativi olmadığını bildirib
Bakı/02.05.23/Turan: ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşünü şərh edən RF prezidentinin mətbuat katibi Dmitri Peskov belə deyib: "Əlbəttə, bu bazada nizamlanmaya kömək edə biləcək istənilən kömək alqışa layiqdir. Amma biz onu da bilirik ki, nizamlanmanın əsasını pozan müxtəlif cəhdlər də olur, bu, gələcəkdə nəticə verməyə bilər. Ümid edək ki, bu halda söhbət birinci haldan gedir".
TASS-ın məlumatına görə, Peskov qeyd edib ki, Ermənistan və Azərbaycan arasında vəziyyətin nizamlanmasına yalnız RF ilə üçtərəfli razılaşmalar əsasında kömək xoş qarşılana bilər, onların alternativi yoxdur.
"İki ölkə arasında mövcud olan problemlərin həlli və regionda gərginliyin azalmasına yönəlmiş hansısa birgə tədbirlərin və addımların işlənib hazırlanması Rusiya ilə birlikdə imzalanmış üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik nizamlanmaya şərait yarada biləcək hər hansı başqa hüquqi əsas yoxdur. Müvafiq olaraq, indiyədək bu üçtərəfli sənədlər tamamilə alternativsizdir", deyə Kremlin nümayəndəsi bildirib. 0
-
- Bazarların icmalı
- 2 May 2023 16:46
-
- Siyasət
- 2 May 2023 17:06
Siyasət
-
Azərbaycanın müdafiə naziri Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə başsağlığı ünvanlayıb.
-
Amnesty İnternational Azərbaycan prezidentinə iqtisadçı və siyasi fəal Qubad İbadoğlunu dərhal azad etmək çağırışı yer alan məktubla müraciət edib.
-
Azərbaycan prezidenti İlham Əliyev İranın şimalında İran prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması ilə əlaqədar İranın ali dini lideri Əli Xameneiyə başsağlığı verib.
-
Ayətullah Seyid İbrahim Rəisi və İran İslam Respublikasının 8-ci Prezidenti –bazar günü, mayın 19-u axşamüstü Qız Qalası bəndinin açılış mərasimindən Təbriz şəhərinə qayıdarkən Şərqi Azərbaycan əyalətinin Vərziqan bölgəsində hava qəzası keçirib– onu müşayən edən nümayəndə heyəti ilə birlikdə yüksək şəhidlik məqamına nail olmuşdur.
Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:08
- 114
Rəy yaz