Prezident İlham Əliyev.
İlham Əliyev: “Yerevanın sülh müqaviləsinə Qarabağa dair bənd daxil etmək cəhdləri nəticəsizdir”
Bakı/03.05.23/Turan: "Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq, amma biz ümidimizi itirmirik". Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri rəhbərlərinin Vaşinqton danışıqlarını şərh edərkən deyib.
Çərşənbə günü Şuşada beynəlxalq konfransın iştirakçıları qarşısında çıxış edən prezident qeyd edib ki, Yerevanın son hərəkətləri göstərir ki, Ermənistan "hansısa möcüzə" ümidilə prosesi yenidən gərginləşdirməyə çalışır. Sülhün bağlanması Ermənistanın maraqlarına uyğundur ki, inkişaf etmək və normal yaşamaq imkanı əldə etsin.
Əgər Ermənistan yenidən sülh sazişindən imtina etsə, bu, onların seçimi olacaq. "Biz onlara sülh sazişinin dörd variantını təklif etdik və onlar öz şərhlərilə bizə qaytardılar. 40 gündən çoxdür ki, bizim son varianta cavab vermirlər, ancaq Vaşinqton görüşündən bir həftə öncə öz versiyalarını göndərdilər, mahiyyəti yenə də Azərbaycana qarşı ərazi iddialarıdır.
Rəsmi Bakı dəfələrlə və hər yerdə bəyan edib ki, dinc nizamlanma iki prinsip əsasında mümkündür: birincisi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, ikincisi rəsmi Bakının Qarabağın erməni əhalisilə əlaqələrinin qurulması.
Odur ki, mövcud olmayan Dağlıq Qarabağ respublikasını sülh müqaviləsinin mətninə daxil etmək cəhdi nəticəsizdir",-Əliyev deyib.
O, erməni tərəfinin konstruktiv olacağına ümid etdiyini bildirib. Əks təqdirdə, Bakı diplomatik tədbirlərdən başqa heç bir tədbir görməyəcək.
Prakikada bu, yeni geosiyasi reallıqda yaşamalı olacaq Ermənistanın daha da təcrid olunması deməkdir. 02B
-
- Maliyyə
- 3 May 2023 14:03
Siyasət
-
İran prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yerdə xilasetmə işləri başa çatıb.
-
Yeni yaradımış Xankəndi Şəhər Prokurorluğunun rəhbəri vəzifəsinə Rəşadət Orucov təyin edilib.
-
Azərbaycan Latviyanın mühüm strateji tərəfdaşıdır, bu barədə bu Baltika ölkəsinin Seyminin - parlamentinin sədri Dayqa Mierina Bakıda bugünki mətbuat konfransında bildirib.
-
Azərbaycanın müdafiə naziri Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə başsağlığı ünvanlayıb.
İran Prezidentinin də həlak olduğu helikopter qəzasına görə məsuliyyəti kim daşıyır? – Sədrəddin Soltan Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:08
- 123
Rəy yaz