Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Moskva/19.05.23/Turan: Cənubi Qafqazda vəziyyətin nizamlanması üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına alternativ yoxdur. Bu barədə cümə günü Rusiya  Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Ermənistan və Azərbaycan xarici işlər nazirlərilə üçtərəfli görüşü açarkən bildirib.

O ümidvar olduğunu bildirib ki, görüş konstruktiv keçəcək, Ararat Mirzoyan və Ceyhun Bayramovun birbaşa dialoqu isə əlavə nəticələr əldə etməyə imkan verəcək.

Lavrov Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələlərinin bütün kompleksinin nəzərdən keçirilməsini və gələcək addımların Rusiyanın imkanlarının nəzərə alınması ilə razılaşdırılmasını təklif edib.

"Liderlərimizin üçtərəfli bəyanatlarında, mahiyyətcə, davamlı həllərə nail olmaq üçün yol xəritəsi var. Biz Cənubi Qafqaz ətrafında vəziyyəti təhlil etdik, hesab edirik ki, bizim liderlərin razılaşmalarına alternativ yoxdur. Rusiya regionda sülh və sabitlik istəyir, burada Rusiyanın maraqları birbaşa əlaqəlidir. Rusiya Federasiyası vəziyyətin sabitləşməsinə dair qərarların yerinə yetirilməsinə hər cür nail olacaq, bu regionda bu və ya digər şəkildə iştirakda maraqlı olan digər ölkələrin də onlara hörmət edəcəyinə ümid edir",- RİA - Novosti Lavrovdan sitat gətirib.

Lavrov Qarabağda və Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsinin, humanitar problemlərin həllinin, nəqliyyat kommunikasiyalarının açılmasının və sülh müqaviləsi mətninin razılaşdırılmasının vacibliyini qeyd edib. 02D

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti