Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/22.05.23/Turan: Litva prezidenti Gitanas Nauseda Azərbaycanı Rusiyanın beynəlxalq sanksiyalardan yayınmasının qarşısını almaq üçün birgə işləməyə çağırıb.

"Rusiyanın hazırda Ukraynada apardığı qəddar müharibə əməkdaşlığımıza yeni məzmun qatıb. Biz Rusiyanın sanksiyalardan yayınmaması üçün bir yerdə çalışmalı və Ukraynanı qələbəsinə qədər dəstəkləməliyik", bu barədə Litva prezidenti bazar ertəsi Vilnyusda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra jurnalistlərə bildirib.

Nauseda qeyd edib ki, Azərbaycanla münasibətlərdə müsbət dinamika görür, ötən il Aİ və Bakı arasında imzalanmış energetika sahəsində əməkdaşlıq haqqında saziş isə "Avropa İttifaqının qış ayları üçün təchizatını təmin edib".

"Biz Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də strateji tərəfdaşlığımızın inkişafı üçün yeni imkanlar axtarmalıyıq", deyə Litva prezidenti qeyd edib. Onun sözlərinə görə, Əliyevin səfəri çərçivəsində ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində Litva ilə Azərbaycan arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb. 

Əliyev öz növbəsində gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də "siyasi səviyyədə olduğu kimi işlərin sürətlə gedəcəyinə" ümid etdiyini bildirib. "Litvaya Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün göstərdiyi səylərə görə təşəkkürümüzü bildiririk", deyə Azərbaycan prezidenti bildirib.

İki ölkə lideri həmçinin regional problemləri və energetika məsələlərini müzakirə edib.

Nauseda ötən ilin mayında Azərbaycanda səfərdə olmuşdu. 16D

Rəy yaz

Siyasət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti